QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

15:55 30-01-2023 | icon 358 | Cəmiyyət
QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında işgüzar görüş keçirilib.

 
 
Versus.az xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə fəaliyyət göstərən vəkil bürolarının rəhbərləri iştirak ediblər.
 
 
Qeyd olunmalıdır ki, görüşdə iştirak edən qurumlar tərəfindən Fonda ümumilikdə 100 min 800 manat ianə edilib.
 
 
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərmək məqsədi ilə Fonda  ianə etdiklərinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova, eləcə də Kollegiyanın bütün üzvlərinə təşəkkür edib. 
R.Hacıyev bildirib ki, nümayiş olunan həmrəylik işğaldan azad olunan ərazilərin bərpası istiqamətində görülən işlərə vacib töhfədir: “İnanıram ki, bu addım cəmiyyətimizin işğaldan azad olunan ərazilərin bərpasına dəstəyini artırmaqla yanaşı, Qarabağ ətrafında daha sıx birləşməyimizə bir təkan olacaq”.
 
 
Fond yarandığı gündən etibarən minlərlə həmvətənimizin Qarabağın dirçəlişinə dəstək olmaq məqsədilə Fonda ianə etdiyini qeyd edən Rəhman Hacıyev belə təşəbbüslərin həmrəyliyimizin bariz nümunəsi olduğunu bildirib.
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrin əks olunduğu təqdimatla çıxış edən Rəhman Hacıyev şəffaflığın təmin edilməsi barədə də danışıb. Belə ki, R.Hacıyev “PwC Azərbaycan” şirkəti tərəfindən aparılan auditin nəticələri haqqında məlumatı iştirakçılara təqdim edib.
 
 
Daha sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
 
 
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa böyük önəm verdiklərini, bundan sonra da Fondun fəaliyyətinə dəstək verəcəklərini vurğulayıb:
“Vəkillər Kollegiyası cəmiyyətimizi narahat edən problemlərin həllində hər zaman yaxından iştirak etməyə çalışır. İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı Qarabağ Dirçəliş Fondu ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Arzu edərdik ki, əməkdaşlığımız müxtəlif formatlarda davam etsin və Fondun həyata keçirdiyi layihələrdə daha yaxından iştirak edək”.
 
 
Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Görüş iştirakçıları Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azd olunan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı vəsatətlərin qaldırılması və digər məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
 
 
Görüşün sonunda QDF tərəfindən Fonda ianə edən 37 quruma “İanə sertifikat”ı təqdim olunub.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...