İranla münasibətləri qırmaq MƏCBURİYYƏTİ

10:41 31-01-2023 | icon 154 | Siyasət
İranla münasibətləri qırmaq MƏCBURİYYƏTİ

“Səfirliyimizə hansısa təhlükə yaranırsa, bu addım atılacaq"

 

“Azərbaycan-İran münasibətlərinə səfirliyimizə qarşı olan terror hadisəsi çox mənfi təsir edəcək. Düşünürəm ki, bu, müvəqqəti xarakter daşımayacaq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

 

O, Azərbaycanın tam şəkildə beynəlxalq hüquq normalarına və diplomatik əlaqələr haqqında Vyana konvensiyasına uyğun hərəkət etdiyini vurğulayıb:

 

“Əgər İranda bizim səfirliyimizə hansısa bir təhlükə yaranırsa, bizim işçilərimiz yaralanır, öldürülürsə və ölkənin hakimiyyəti, hüquq-mühafizə orqanları bizi müdafiə edə bilmirsə, biz münasibətləri qırmaq məcburiyyətindəyik. Ona görə də səfirliyimizin oradakı fəaliyyətini dayandırmışıq. Düşünürəm ki, münasibətlər, onsuz da, gərgin idi, indi daha da gərginləşəcək”.

 

Ekspert hesab edir ki, bu vəziyyətdən çıxmağımız üçün İran tərəfi bir sıra addımlar atmalıdır:

 

“Əvvəla, istintaq obyektiv getməlidir, iştirak edən şəxslər cəzalarını almalıdırlar, digər tərəfdən, bunların arxasında kimin dayandığı, hansı dairələrin hansı məqsədləri güddüyü açıqlanmalıdır. İran tərəfi bizə bunu aydın şəkildə təqdim etməlidir. Ondan sonra bu istiqamətdə hansı addımları atacağımızı zaman göstərəcək. Çünki biz ancaq onların siyasi addımlarının nəticəsinə görə öz addımlarımızı ata bilərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi