Rəsulzadə üçün “Ən səmimi sevgi ilə” - TƏQDİMAT

12:51 01-02-2023 | icon 239 | Cəmiyyət
Rəsulzadə üçün “Ən səmimi sevgi ilə” - TƏQDİMAT

Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, “Park Cinema” Alov Qüllələri kinoteatrında keçirilən tədbirdə Azərbaycan ziyalıları, tarixçilər, media və sənət nümayəndələri iştirak edib.

 

Böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səslənib. Tamaşaçılar qarşısında çıxış edən M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə böyük şəxsiyyətə və onun ailəsinə göstərilən dərin məhəbbət üçün təşəkkür edib:

 

“Sizin isti münasibətiniz, Rəsulzadə fəaliyyətini, ailəsini ürəkdən qəbul etdiyiniz hər an hiss olunur. Rəsulzadəyə, tariximizə olan böyük məhəbbətiniz üçün təşəkkür edirəm. Filmin yaradıcı heyətinə bu diqqət üçün minnətdaram. Arzu edirəm ki, “Yüz ilin sirləri” olaraq yolunuza davam edib, bundan sonra da tariximizin bilinməyən səhifələrini üzə çıxararsınız”.



Layihənin müəllifi AZTV-də yayımlanan “Yüz ilin sirləri” verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə isə çıxışında deyib ki, - “mən bu gün bir daha əmin oldum ki, Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Hər birinizə təşəkkür edirəm”.



Qeyd edək ki, ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat hekayəsinə uyğun olaraq Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb. Filmdə yerli və əcnəbi tədqiqatçıların müsahibələri, Rəsulzadəyə, ailəsinə məxsus arxiv sənədlər, foto və video görüntülər nümayiş olunur.



Qeyd edək ki, “Park Cinema” kinoteatrlar şəbəkəsində təqdim olunan film ilk olaraq 2 günlük nəzərdə tutulsa da, tamaşaçıların istəyi ilə nümayiş fevralın 8-dək uzadılıb.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi