Deputatdan sensasiyalı TƏKLİF

13:06 01-02-2023 | icon 213 | Siyasət
Deputatdan sensasiyalı TƏKLİF

“Ağdamdakı monitorinq mərkəzi Ermənistanla sərhədə yerləşdirilsin”

 

“Ağdamdan fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməlidir”.

 

Versus.Az xəbər veriri ki, Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc belə təkliflə çıxış edib. 

 

O bildirib ki, Avropa İttifaqının missiyası mülki libasda Ermənistanda xidmət göstərməklə gələcəkdə NATO-nun regiona müdaxiləsinə şərait yaratmaq üçündür:

 

“Hesab edirəm ki, cavab olaraq Rusiya-Türkiyə Monitorinq Mərkəzi Azərbaycanın Ermənistanla sərhədinə yerləşdirilməlidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır”. 

 

Qeyd edək ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədlərinə missiya göndərəcək. Missiyanın müddətinin iki il olması nəzərdə tutulur.

 

Rusiya bu addımı regional sülhə xələl gətirən addım kimi qiymətləndirir. Azərbaycanın isə mövqeyi belədir ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və İttifaq bundan çəkinməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"

Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Sözün əsl mənasında QARIN AĞRISI

“Rusiya sülhməramlısı özünü Sovetlər Birliyinin 366-cı alayı kimi aparır”

Ekologiyaya xeyir verən plastik paltarlar

Qədim Roma dövründən qalan layihə reallaşdırılır

Porsuqlara görə qatarların hərəkəti dayandırılıb

Separatçılar Prezident Administrasiyasının budəfəki dəvətini qəbul edəcək?

Ehtiyatlı olun

Deputata atılan güllə Prezidentin siyasətinə qarşı hücumdur?

37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Saray-Novxanı yolunda ağır qəza

Bu dəyişiklik Avropanı həmişəlik dəyişəcək

Vüqar Əliyevin əmək müqaviləsinə xitam verildi