Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

15:02 02-02-2023 | icon 446 | Film
Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

2 fevraldan etibarən eksklüziv olaraq yalnız Park Cinema kinoteatrlarında “Prestij Meselesi” filminin nümayişinə start verilir.



Versus.Az xəbər verir ki, 1992-1993-cü illəri əhatə edən film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun “Prestij müzik” şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclik illəri ekran işində əks olunub.



Həmçinin filmdə Mahsun Kırmızıgülün oğlu – Mahmut Kırmızıgül də yer alıb. Engin Hepileri, Eser Yenenler və Hakan Petekkaya da filmdə rol alanlardandırlar.



Qeyd edək ki, film Türkiyə izləyicilərinə 3 fevraldan təqdim olunmasına baxmayaraq, Azərbaycan tamaşaçıları artıq 2 fevraldan filmi izləyə bilərlər.



Filmə bilet əldə etmək istəyənlər Park Cinema’nın Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN