"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

14:04 03-02-2023 | icon 453 | Siyasət
"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdış prosesində qadınların gücündən istifadə olunmalıdır”

 

Qarabağın, Şərqi Zəngəzurun, cənub-qərb sərhəd rayonlarımızın 30 illik işğaldan azad olunması azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarına, Zəngəzura  qayıdışını zəruri edən əsas faktor kimi gündəmdədir. Tarix sübut edir ki, indiki Ermənistan imperialist qüvvələrin himayəsi altında qədim, tarixi Azərbaycan torpaqları üzərində qurulub. Ermənistanın quruluşu Azərbaycanın, orada yaşayan türk-müsəlmanlarının insan, vətəndaş, bəşəri hüquqlarının pozulması fonunda baş verib. İndiki Ermənistanın ərazisi sayılan Azərbaycanın əsas xanlığı olan İrəvanda, bu gün bir nəfər də olsa türk-azərbaycanlı yaşamır. Azərbaycan xalqı müxtəlif zamanlarda öz torpaqlarında soyqırıma, milli-etnik təmizləməyə, qətliamlara, deportasiyalara məruz qoyulmaqla öz ata-baba yurdlarını tərk edib, qaçqın həyatı yaşamağa məcbur ediliblər. Azərbaycan xalqı öz torpaqlarında böyük, insani, bəşəri dəyərlərə hayqırı olan zülmlərlə üzləşiblər. Və nəhayət bu gün Azərbaycan xalqı öz dövlətinin gücü, səyi ilə Qərbi Azərbaycan haqqını bərpa etmək istəyir və Qayıdış Konsepsiyasının həyata keçirilməsi istiqamətində görüləcək işlər və perspektivlər haqqında yol xəritəsini öyrənir. Qərbi Azərbaycanlılar o Xəritə əsasında öz torpaqlarına qayıdıb ulu babalarının yaratdığı tarixə, abidələrə, mədəniyyətə söykənərək, öz kökü üstündə yenidən pöhrələnib, o torpaqlarda yaşamağı, yaratmağı əsas hədəf olaraq qarşısına qoyub. O məqsədinə çatmaq üçün Qərbi Azərbaycan İcmasının dövlətə təqdim etdiyi Qayıdış Konsepsiyası nələri ehtiva edir?  

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən "Qərbi Azərbaycan İcması" Qadınlar Şurasının sədri Məlahət Həsənova tarixi torpaqlarmıza qayıdışımızı zəruri edən mühüm faktlara istinad edib.

 

- Məlahət xanım, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası özlüyündə tarix, ölkə, vətəndaşlar, dünya ictimaiyyəti  qarşısında nəyi diqtə edir?

 

- Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiya hər kəsə mesaj verdi ki, Azərbaycanın o tarixi, əzəli torpaqlarında yaşayan azərbaycanlılar zaman-zaman imperialist qüvvələrin apardığı siyasət və erməni vandallığı nəticədində öz yurd yerlərindən qovulub, didərgin salınıb, deportasiyalara məruz qalıblar. Bu Konsepsiya bir daha onu bəyan etdi ki, indiki Ermənistan ərazisində qalan tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə, soyqırıma, deportasyalara məruz qalmış minlərlə bacı-qardaşlarımız öz yurdlarında, öz evlərində itirilmiş hüquqlarını bərpa etməlidir. Bu, Sülh Yolu və Beynəlxalq Hüquq, Beynəlxalq təcrübələrdən istifadə edərək bərpa olunmalıdır.  Bu üç prinsip Konsepsiyanın əsasını, məğzini təşkil edir.

 

- Azərbaycan regionda sülhün bərqərar olunması, azərbaycanlıların öz yurd-yuvalarına qayıdışı məsələsini önə çəkərək yenə də millətlərin sülh yolu ilə inteqrasiyası və öz tarixi torpaqlarında yaşama imkanının beynəlxalq hüquq normalıarı müstəvisində həlli və bu istiqamətdə çıxış yollarını aradığı bir zamanda, indiki Ermənistan Azərbaycanı önun ərazilərinə iddia etməkdə günühlandırmaqla səs-küy salır, bizim sülhyaratma niyyətimizi özünə bir təhdid kimi təbliğ edir. Ermənistan bu qara-qışqırıqla nəyə nail olmağa çalışır və bu bizim hədəflərimiz qarşısında hansı maneələri yarada bilər?

 

- Bu, rəsmi Yerevanın Azərbaycana qarşı növbəti şantajı, yalanı, sərsəmləməsidir. Biz bir qədər əvvəl Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas mahiyyətini açıqladıq. Hətta müharibə dövründə və müharibədən sonra da möhtərəm Prezidentimiz demişdi ki, biz Qərbi Azərbaycan qaçqınlarının itirilmiş hüquqlarının bərpasını tanklar üzərində deyil, danışıqlar yolu, sülhü, dinc yaşayış prinsiplərini ehtiva edən yolla hərəkət etməklə qazanmağa çalışacağıq. Bizim niyyətimiz regionda sülhün bərqərar olunmasıdır. Prezident qeyd etmişdi ki, o torpaqlar tarix boyu azərbaycanlıların olub və mən nənəmin, babamın orda qalan məzarlarını ziyarət etmək istəyirəm. Amma biz öz torpaqlarımıza  “haydut qanunları” ilə getməli deyilik! Biz beynəlxalq hüquqa əsaslanaraq öz tarixi torpaqlarımıza qayıdacağıq.

Əlbəttə ki, bütün beynəlxalq qanunlarda, eləcə də BMT-nin  qəbul etdiyi bütün sənədlərdə deportasiyaya məruz qalmış insanların öz torpaqlarına qayıtmaq haqqının, hüququnun olduğu göstərilib. Bütün Azərbaycan xalqı, eləcə də Qərbi azərbaycanlılar da, bu faktı dəfələrlər bəyan edib. Ermənistan özü işğalçı, vandal siyasət yürütdüyü halda, bu gün öz mənfur adını başqasına qoymağa çalışır. Ermənistan işğalçı dövlətdir və Azərbaycana qarşı 200 ildir törətdiyi cinayətlərini, soyqırımları ört-basdır etmək üçün ölkəmizə qarşı informasiya müharibəsi aparıb bizi təqsirli çıxarmağa cəhdlər edir.  Özləri qətliamlar, soyqrımlar törətsələr də, guya türklər tərəfindən soyqırıma məruz qaldıqlarını uydurublar. Bu erməni xislətidir. Ona görə də biz belə erməni şantajlarına, siyasi –ideoloji sərsəm çıxışlara fikir vermədən son məqsədə çatıb haqqımızı almaq üçün mübarizəmizdə davamlı olacağıq. Biz beynəlxalq hüququn tələblərindən kənara çıxmayacağıq və bizim missiyamız bölgəyə, millətlərə, xalqlara sülhün təmin edilməsinə xidmət edir.  

 

- Məlahət xanım, “Qərbi Azərbaycan İcmasında” Qadınlar Şurasının sədri kimi necə hesab edirsiz, Qərbi Azərbaycandan qovulub deportasiyaya məruz qalmış, qaçqın yaşamaq məcburiyyəti ilə evsiz-eşiksiz qalmış 100 minlərlə insanın arasında əzilən, hüquqları pozulan, incidilən, təhqir olunan qadınlarımız, qızlarımızın hüquqlarının bərpası, təzminatın alınması yönündə beynəlxalq ictimaiyyət qarşısında hansı həyəcan siqnalı çalınmalıdır. Artıq bu istiqamətdə hansı işlərə başlanıb?

 

- Təkcə 20-ci əsrdə Qərbi Azərbaycandan milyondan çox insanımız didərgin salınıb. İnsanlarımızın öz yurdundan, torpağından qovulmasına, didərgin salınmasına nə ad verilsə də, bir fakt var: insanlarımızın hüquqları pozulub. Tarixi faktlara istinad etsək, hələ 1905-07, 1918, 1948-53, 1988-89-cu illər Azərbayacan xalqı kütləvi olaraq deportasiyalara, qətliamlara, soyqırımlara məruz qalmışdı. Bu ağır taleni yaşayan milyondan çox qaçqının, deportasiya, etnik təmizləmə və soyqırıma məruz qalmış insanlarımzın içərisində ən ağır vəhşiliklərə qadınlarımız, qızlarımız, qocalarımız, uşaqlarımız məruz qoyulub. Bu gün dünya hərb, silah, müharibədən uzaqda dayanan tərəf olaraq qadınların səsini daha çox eşidir. Beynəlxaq təşkilatlar qadınların münaqişənin həllində iştirakını, sülh prosesində, sülhün əldə olunmasında rolunu zəruri hesab edir.  Məsələn, BMT-nin 2000-ci ildə qəbul olunmuş tarixi bir qətnaməsi var. O qətnamənin priampluasında qadınların müharibələrdə, münaqişələrdə necə ağır mərhumiyyətlərə uğraması, deportasiyalara məruz qalmalarına, zorakılıqlarla üzləşməsinə istinad edən fikirlər var. O sənəddə deportasiyalara məruz qalmış qadınların kifayət qədər hüquqları açıqlanır və əsas məğzi qadınların münaqişələrin həllində, sülh quruculuğunda iştirakı zərurət kimi qeyd edilir. O qətnamaə BMT-yə daxil olan ölkələrə bir öhtəlik kimi təqdim olunub. O cümlədən də ona Azərbaycan da imza atıb. Bizim qaçqıın qadınların pozulmuş hüququ, məruz qaldığı zorakılıq, deportasiya ilə bağlı BMT-nin qəbul etdiyi həmin o 1325 saylı qətnaməyə istinadla çatacağıq. Onu qeyd edim ki, 4-cü Beynəlxlq Pekin Konfransının qəbul etdiyi qərarlar, strategiyalarda bu kateqoriyada olan qadın hüquqlarının qorunması bütün dövlətlər üçün öhtəlik kimi qəbul olunur. Pekin Konfransının qəbul etdiyi həmin sənəddə 12 strateji xətt var. Onlardan biri qadınların hüquqlarının qorunmasını tələb edir. Beynəlxal müstəvidə qəbul olunan bu sənədlər Qərbi Azərbaycana Qayıdış Konserpsiyasının həyata keçirilməsində bizim üçün əsas hüquqi akt olacaq. Biz bu hüquqi aktlara əsaslanıb beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərəcəyik.

Bu gün Cənubi Qafqazda dayanıqlı sülh, dayanıqlı barış olarsa inkişaf, rifah olar. Bunun üçün dünya qadınlarının bu prosesə qatılmasına ehtiyac var. Biz gələcəkdə Cənubi Qafqaza daxil olan Gürcüstan qadınları ilə əməkdaşlıq edəcəyik və erməni qadınlarını da bu prosesə qoşmağa çağıracağıq. Elə qəzetiniz vasitəsi ilə də o qadınlara bildiririk ki, son 30 ildə Ermənistanın faşist düşüncəli siyasətçilərinin apardığı işğal və müharibələr nəticəsində Azərbaycan torpaqlarında işğallar, soyqırımlar törədiblər. Buna görə də erməni anaları öz avladlarını itiriblər. Azərbaycan Prezidentinin tarixi bir çıxışı var idi: əgər erməni anaları övladlarının ölməsini istəmirlərsə, onları Azərbaycan torpaqlarında müharibəyə göndərməsinlər. Bundan sonra erməni qadını səfil vəiyyətə düşmək istəmirsə,  övladlarının faşist ermənilərin çirkli işlərinə qatılmasını istəmirlərsə, bölgədə sülhün bərqərar olunması üçün Azərbaycan qadınları ilə əməkdaşlıq etməlidirlər. Erməni qadınları Ermənistanda olan revanşist qüvvələrə qarşı mübarizə aparmalıdırlar. İcma qadınları olaraq gələcəkdə bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirdəcəyik.

 

- İcma, dediyiniz kimi zaman-zaman öz torpaqlarından qovularaq hüquqları pozulan qadınları necə bir araya gətirəcək, bu istiqamətdə hansı işlər nəzərdə tutulur?

 

- İcma yeni fəaliyyətə başlayıb. Lakin qadınlar münaqişələrin həllində və sülhyaratmada əsas amil kimi qəbul olunduğu üçün bizim Qərbi Azərbaycana qayıdış prosesində qadınların gücündən istifadə olunmalıdır.

Eyni zamanda biz İcmaya müraciət edən bütün Qərbi Azərbaycan qadınlarının hər biri ilə görüşür, tədbirlər həyata keçirdirik. Qadınlar Şurası analarımızla, qızlarımızla vaxtaşırı görüşüb onların problemlərinin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam edəcək. Təkcə 1988-91-ci ildə Qərbi Azərbaycandan 300 min qaçqın gəlib, onun 150 mini qadındır. Təbii ki, qısa müddətdə bu qadınların problemlərinin öyrənilməsi və hüquqlarının bərpası yönündə beynəlxalq təşkilatlara məhkəmələrə müraciətlər göndərmək çətindir. Amma proses bu yöndə inkişaf edəcək. Deportasiya, etnik təmizləmə, soyqırıma məruz qalmış qadınlarımızın haqqları bərpa edilməlidir.

 

- Qərbi Azərbaycan tarixinə baxanda o torpaqlarımızda hansı milli-mədəni-maddi  irsimizin dağıldığı barədə faktlar var. Məsələyə bu fondan baxsaq, bu gün İcmanın qarşısında dayanan əsas tələb nədir və bütövlükdə Azərbaycanın qayıdışı, inteqrasiya prosesi, hansı resurslarla hazırlanmalı, tənzimlənməlidir. Təbii ki, burda elmi əsərlərin, ədəbiyyatın, televiziyanın, KİV-lərin rolunu necə görürsüz?

 

- Təbii ki, Azərbaycanda hər kəs yaxşı bilir ki, Qərbi Azərbaycan - indiki Ermənistan tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər Azərbaycan sərhədləri daxilində olan rayonları, onun abidələrini, qəbiristanlıqlarını görün necə vandalcasına dağıdıb, məhv ediblər. Bizə o da aydındır ki, erməni vandalları bizim Qərbi Azərbaycanda Azərbaycanın milli-mənəvi abidələrini dağıdıblar, toponimlərimizi dəyişdiriblər. Ona görə də bizim əsas hədəfimiz Beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin bu həqiqəti tanımasıdır, bilməsidir. Biz YUNESKO və digər beynəlxalq təşkilatlardan tələb edəcəyik ki, o tarixi torpaqlarımızda monitorinlər keçirilsin. Orda bizim təkcə 1988-ci ildə 300-dən yuxarı kəndin sakinləri köçürdülüb. O kəndlərdən 200-ü tamamilə boşdur. O kəndlərdə, şəhərlərdə bizim millətin var olmasını sübut edən abidələri, qəbiristanlıqları yenidən araşdırıb, tapmaq, tədqiq etmək lazımdır. Biz bu gün Ermənistan ərazisində olan torpaqlarımıza gedə bilmirik. Çünki Ermənistan işğalçı, vandal bir dövlətdir.  Ona görə də azərbaycanlıların tarixi haqqını bərpa etmək missiyasında beynəlxalq təşkilatların xüsusi rolu olacaq.

Dünyada Ermənistan kimi momoetnik dövlətlər yoxudr. Belə monoetnik tayfalar əhalisi az olan uzaq adalarda, hardasa Afrikanın müəyyən svilizasiyadan kənar tayfalarında var. Amma Avrasiya məkanında monoetnik dövlət yoxdur. Statistik faktlar göstərir ki, Ermənistanda əhalinin çoxu azərbaycanlılar olub. Amma bu gün orda bir dənə də türk-azərbaycanlı yoxdur. Beynəlxalq aləm bu fakta diqqət yetirməlidir. Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olmasını sübut edən abidələr, şəkillər, sənədlər var. Bunlar beynəlxalq təşkilatlarda araşdırılmalı, təhlil edilməlidir.  

Bu günlərdə Qərbi Azərbaycan İcmasının BMT-yə göndərdiyi müraciət BMT-nin rəhbər qurumları tərəfindən Ekosos, Təhlükəsizlik Şurası və digər qurumlarda BMT-nin gündəliyinə salınmış sənəd kimi üzv dövlətlərə paylanıb. Bu xalqımız üçün çox böyük uğurdur.  Bu gün 1000-ə yaxın Qərbi Azərbaycanda doğulmuş və torpaqların işğaldan azad olunması prosesində şəhid olmuş vətəndaşlarımız var. Bu gün bütövlükdə xalqımız itirilmiş hüquqlarının bərpasında öz töhfəsini verməlidir.

 

- BMT-yə göndərilən və Azər baycan üçün uğur hesab etdiyiniz həmin sənəd qarşıda qayıdışımızala bağlı hansı perspetivi açır?

 

- Bu, artıq indiki Ermənistan ərazisinin Qərbi Azərbaycanlılarının tarixi torpaqları olmasının bir etirafdır. Bu gün Qərbi Azərbaycan icmasının Qərbi Azərbaycanla bağlı bəyanatının BMT-nin gündəliyinə salınmış bir sənəd kimi üzv dövlətlərə paylanması bu Azərbaycanın tarixi torpaqları ilə bağlı rəsmi tanıdılmasıdır. Azərbaycan tarixi dünyanın gözü qabağındadır. Bu müraciətin qəbul olunması, Azərbaycan torpaqlarının tanıdılması baxımından uğurdur və qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün bizə böyük dəstək olacaq.

 

- Orta məktəblərdə, dərsliklərdə   ümumilikdə cəmiyyətin təbliğat strukturlarında, xüsusilə TV-lərdə Qərbi Azərbaycan mövzusu necə təqdim olunur?

 

- Hələ orta məktəb dərsliklərində, tarix dərslərində təbliğat ürəkaçan deyil. Amma Konsepsiyada, İcmanın tədbirlər planında da var ki, ölkədə orta məktəblərdə, ictimaiyyət arasında Qərbi Azərbaycan tarixi düzgün təbliğ olunmalıdır. Hesab edirəm ki, konsepsiya elan olunub və bu məsələ bütövlükdə Azərbaycanın xalqının əsas problemi kimi həll olunacaq. Qərbi Azərbaycanda itirilmiş hüquqların bərpası Qarabağın azad olunmasında keçirdi. Təsadüfi deyil ki, Şuşa Qalasının bir “Zəngəzur”, bir “İrəvan” qapısı var idi. Ona görə də hesab edirəm ki, bu məslə ciddi təbliğ olunmalıdır. Və bu prosesdə jurnalistlərin, medianın böyük işi, məsuliyyəti öhtəliyi var.

 

- Qərbi Azərbaycanın azərbaycanlıların ana vətəni olduğunu bir fakt kimi ortaya qoymaq üçün əlimizdə çoxlu faktlar var. o sırada sadə bir məqamı qeyd edək: sizin kəndinizin adı nə idi?

 

- Mən İndiki Ermənistanın Basarkeçər rayonunun Kiçik Məzrə kəndindənəm. O yerlər bizim ata –baba yurdumuzdur. İnanıram ki, Qarabağın azadlığı prosesi bu gün Azərbaycanlıların bütünlüklə öz tarixi torpaqlarına qayıdışımı təmin edəcək və biz də öz kəndimizə, ata -baba yurdlarımıza gedib, o müqəddəs torpağımızı ziyarət edə biləcəyik.  (Həftə İçi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...