"İran boynu bükük, diz çökmüş halda cavab verəcək"

10:15 03-02-2023 | icon 336 | Geopolitika
"İran boynu bükük, diz çökmüş halda cavab verəcək"

"İran cinayətkarı cəzalandırmalı, Azərbaycandan üzr istəməli və təzminat ödəməlidir”

 

Yanvarın 27 -də Tehranda Azərbaycan səfirliyinə olan silahlı hücum, terror aktı ölkəmizdə siyasi-ictimai müstəvidə geniş müzakirələrə səbəb olmaqla yanaşı, İran hökumətinə yönəlik yeni bir sualı ortaya çıxarıb. İran baş verənlərə görə niyə Azərbaycandan üzr istəmədi, yaxud bu terrorun qarşısının  alınması üçün niyə tədbirlər görülmədi?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə danışan Milli Məclisin deputatı Musa Qasımlı bir çox məqamlara diqqət çəkib.

 

-Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumdan sonra bu gün rəsmi Tehranın sərgilədiyi münasibəti necə dəyərləndirmək olar?

 

-İran uzun illərdir normal dünyanın başağrısına çevrilib. Tehrandakı səfirliyimizə qarşı törədilən qanlı terror hadisəsindən sonra rejimin davranışları bir daha göstərir ki, əgər İran beynəlxalq konvensiyalara və adətlərə  hörmətlə yanaşsaydı dərhal Azərbaycan Respublikası dövlətindən rəsmi şəkildə üzr istəməli, obyektiv təhqiqatın aparılmasından ötrü Azərbaycan istintaq orqanlarını Tehrana buraxmalı, təzminat ödəməyə hazır olduğunu bildirməli idi. Lakin indiyədək İran tərəfi dövlət başçısının quru telefon zəngindən başqa bunların heç birini etməyib. Onu da İsrail Dövlətinin prezidentinin zəngindən sonra. Əvəzində İran hakimiyyəti cinayət işini məişət məsələsi kimi qələmə verərək izi itirməyə çalışır.  Bu isə onu göstərir ki, özünün mahiyyətinə uyğun olaraq İran hakimiyyəti səfirliyimizə qarşı terror hadisəsini adi olay olaraq qəbul edir. 

Eyni vaxtda İsraildə törədilən terror aktı da bilavasitə İranla bağlı olduğundan bu gecə dronlarla vurulması da ona anladığı dildə verilən cavabdır.

 

- İranda törədilən terror aktı nədən xəbər verir və  ölkəmizin buna cavabı nədir?

 

- İran Azərbaycan qarşısında  boynu bükük, diz çökmüş halda cavab verəcək. Burda bir tarixi hadisəni xatırlamaq yürinə düşər: 1914-cü ildə Avstriya-Macarıstan taxt-tacının vəliəhdi general Frans Ferdinandın serb millətçisi Qavrilo Prinsip tərəfindən öldürülməsindən sonra  Serbiya üzr istəmiş, təzminat ödəməyə hazır olduğunu bildirmiş, lakin  təhqiqatın aparılmasında iştirak etməkdən ötrü nümayəndələri öz ərazisinə buraxmamışdı. Bu isə Birinci Dünya müharibəsinin başlanmasına bəhanə olmuşdu.

Bütün beynəlxalq konvensiyaları və adətləri kobudcasına pozan, özünü çıxılmaz bataqlığa salan, cəngəllikdəki vəhşi heyvan kimi aparan çürümüş İran başağrısından dünyanın xilas olmasının yeganə yolu bu qurama dövlətin dağılmasından  və azərbaycanlıların özlərinin müstəqil dövlətini qurmasından keçir.  Yoxsa dünya hələ çoxlu belə günahsız qanlar görəcək....

 

- Soruşulur: İran hakimiyyəti mühafizəni nə üçün təşkil edə bilməyib?

 

- Ölkəmizin Tehrandakı səfirliyinə, torpağımıza terrorçunun hücumu və nəticəsi təsadüfi deyildir. Terror qurbanı olan baş leytenant Orxan Əsgərova Allahan rəhmət diləyirəm. Bu iyrənc hadisənin təqsirkarı İran hakimiyyəti, xüsusi xidmət orqanlarıdır. Çünki Vyana konvensiyasına görə müvafiq dövlət hakimiyyəti ərazisində yerləşən səfirlik, konsulluq və nümayəndəliklərin mühafizəsini təşkil etməli, təhlükəsizliyini qorumalıdır. Hesab edirəm ki, bu hadisə İran xüsusi xidmət orqanlarının əməlidir. Ya onlar planlayıb həyata keçiriblər, ya da münasibətlərimizi pozmaq istəyən dairələrin əməllərinə göz yumublar. Bütün hallarda bu cinayətin təqsirkarı İran dövlətdir.

İranda rejimlər dəyişsə də, diplomatların oğurlanması, öldürülməsi və səfirliklərə hücum ənənəsi davam edir. İki misal gətirmək istəyirəm: Birincisi, XX əsrin 30-cu illərində SSRİ xarici kəşfiyyatının İrandan verdiyi tamamilə məxfi məlumatda yazılırdı ki, İran kəşfiyyatı İngiltərə səfirliyinin əməkdaşını izləyərək oğurlayıb. Bu, Pəhləvilər zamanında olmuşdu. İkincisi, 1978-1979-cu illər İran İslam inqilabından sonra qurulan rejim Tehran şəhərinin şimal hissəsində yerləşən ABŞ səfirliyinə hücumu,binanın dağıdılmasını təşkil edib, 53 diplomatı 444 gün girov saxlayıb. Onlarla digər faktı da yazmaq olar. Amma bir şey aydındır: İran terroru himayə edən dövlətdir. Namərdlik alnına yazılıb.

İran terror hadisəsini dərindən araşdırmalı, cinayətkarı cəzalandırmalı, Azərbaycandan üzr istəməli və təzminat ödəməlidir. Bu terror aktı beynəlxalq hüququn pozulması olduğundan beynəlxalq təşkilatlarda gündəliyə gətirilməli və ittiham olunmalıdır. İran adlanan ölkədə rejimlər dəyişsə də, siyasət şəraitə uyğun olaraq yeni üsullarla davam edir. İran parçalanmayınca, zülm altında inləyən xalqlar azadlığa çıxmayınca dünya belə hadisələrin hələ çox şahidi olacaqdır.

Tehranda televiziya kanalının rahat bir şəkildə terrorçudan müsahibə alıb yayımlaması terrorun əvvəlcədən planlaşdırıldığı fikrini söyləməyə imkan verir. Məqsəd cinayətin törədilməsinin əsl səbəblərini, niyyətlərini təhrif etmək və izi itirməkdir. Bu, İranın ənənəvi dövlət siyasətinin məlum üsuludur.

 

- İranın anti-Azərbaycan siyasətinin səbəbləri nədir?

 

- İran Azərbaycanı güclü deyil, zəif, gözdən düşürülmüş dövlət kimi görmək istəyir. Hesab edir ki, güclü Azərbaycan Vətənimizin cənubuna təsir edir, ölkənin parçalanması təhlükəsini artırır. Eləcə də İran 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbəni təkcə Ermənistanın deyil, rəsmi Tehranın da ağır məğlubiyyəti kimi qəbul edir.

İran Azərbaycanın zərgər dəqiqliyi ilə yürütdüyü xarici siyasətini, xüsusilə İsrail Dövləti, Səudiyyə Ərəbistanı və Qərblə uğurlu əməkdaşlığını həzm edə bilmir, ona milli təhlükəsizliyinə təhdid kimi baxır. Bəzi ölkələrin –xüsusilə ABŞ, İsrailin region dövlətlərindəki səfirlərinin müxtəlif vaxtlarda Bakıda keçirilən toplantılarını ağrılı qəbul edir. İran güclü Azərbaycanı, türk dövlətlərinin əməkdaşlığını, Türk Dövlətləri Təşkilatının fəaliyyətini “pantürkuzm”, “turançılıq” kimi qəbul edir, ona görə də Qərbi Zəngəzurdan keçərək Naxçıvanla əlaqənin qurulmasına mane olur. Anti-Azərbaycan kampaniyasının şiddətlə aparılması və bir qədər əvvəl sərhədlərimizdə hərbi təlimlərin keçirilməsi də bununla bağlıdır.(Həftə İçi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI