“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

13:07 04-02-2023 | icon 430 | Cəmiyyət
“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Aydın Xan Əbilov: "Bu “torlardan” qonşu ölkələr də çox yaxşı istifadə edir”

 

Bu gün savaş meydanında informasiya müharibəsi əsas “silah” kimi daha böyük rol oynayır. Belə bir zamanda Azərbaycana qarşı işləyən İranın cəsus şəbəkəsində mediamızın da yer alması təəssüf doğurur. Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesi ölkəmizə qarşı müəyyən əks informasiyalarla dəyişdirilir.

 

Belə bir vəziyyətdə Media Reystri mətbuatı təmizləyə biləcəkmi?  Yaxud xaricdən ölkənizə qarşı məhz özümüzdən olanların çıxışları gərgin geosiyasi mərhələdə bizə nə vəd edir? Media belə bir ağır durumda hansı gücünü ortaya qoymalıdır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən sosioloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycan  dünyanın mərkəzi yerlərindən biridir və bura bir çox ölkələrin xüsusi xidmət orqanlarının eyni zamanda beynəlxalq güclərin toqquşma meydanı kimi də istifadə edilir.

 

Onun fikrincə, bu gün ölkəmizdə baş verən məlum proseslər məhz həmin toqquşmanın qığılcımından qaynaqlanıb:

 

“Müasir dövr özünün imkanları, informasiya kommunikasiya texnologiyaları və yeni texnoloji avadanlıqları ilə dünyanı həm ölkələrin, həm də şəxslərin ovcunun içinə gətirib. Bu mənada hansısa ölkədə, hansısa qitədə oturub internet, sosial şəbəkələr üzərindən informasiya savaşına, təxribatına, siyasətinə cavab verəcək cəsusluq  şəbəkəsinin yaradılmasına da təəccüblənməməliyik. Biz bu kontekstdə Qarabağ məsələsini, İran-Azərbaycan, Rusiya-Azərbaycan, İran -Ermənistan münasibətlərini yada sala bilərik. Bu baxımdan istər Ermənistanın, istər İranın, Azərbaycanda cəsusluq şəbəkəsini yaratması və bu şəbəkəyə bizim savadsız, bəzən savadlı pul qazanmaq istəyən vətəndaşların da daxil edilməsinin  baş verməsini gözlənilən saymaq olar. Bu şəbəkələr həm də təşkilatlanmağı, təsisatlanmağı bacarır. Bu gün məhkəmə qərarı olmasa da Azərbaycanda bir çox media qurumunun qapadılması, onların ofislərində axtarışların aparılması, haqlarında cəmiyyətdə gəzən -söz -söhbət deyilənlərə əyani bir sübutdur”.

 

Sosiaoloq qeyd edib ki, dünyanın ən böyük şəbəkələri hansısa ölkələrin əlində bir alətdir. Onun fikrincıə, onlayın üzərindən cəsus şəbəkələrə qarşı kəskin mübarizə vasitəsi hələ ki, yoxdur:

 

“İnstaqram, Facebook, Tivitter ABŞ-ın, TİK-Tok Çinin, Yandeks, Odnaklasnik Rusiyanındır və sair. Digər kiçik ölkələr bu şəbəkələrdən istifadə etməyə məcbrdular. İnsanlar sosial şəbəkələrdən istifadə zamanı bilərəkdən, ya da bilməyərəkdən “cəsusluq torları”na düşmüş olurlar. Bu “torlardan” qonşu ölkələr də çox yaxşı istifadə edir”.

 

Ekspert belə bir şəraitda Madia Reystrinin bu prosesi tənzimləməsini də mümkün hesab etməyib. Onun fikrincə, facebookda, instaqaramda, tik-tok, instaqram, yootube kimi onlayn sosial şəbəkə seqmentlərində açılan hansısa bir resursu tənzimləmək çətindir. Amma insanları maarifləndirmək olar:

 

“Biz insanlara çatdırmalıyıq ki, siz bilərəkdən, yaxud bilməyərəkdən cinayətkar dəstənin, şəbəkənin təsiri altına düşür, onların əlaltıları ola bilərsiz. Biz bu yöndə müasir dövrün tələblərinə uyğun neomaarifləndirmə işini aparsaq, insanları məlumatlandırsaq düşünürəm ki, müəyyən mənada bu təhlükənin qarşısını ala bilrik.  Amma digər tərəfdən hüquqi baza da olmalıdır. İstər inzibati, cinayət məcələsi, istər digər qanunvericilikdə virtual əməllərlə bağlı məsələlərin kəskinliklə qoyulması və cinayət məsuliyyətinə alınma ilə bağlı bəndlərin sərtləşməsi də məsələnin həllinə yardımçı ola bilər. Beynəlxalq hüquq bu problemin həllində bir qədər çətinlik çəkir. Bildiyim qədər İngiltərə virtual aləmdə şərəf və ləyaqətin alçaldılması, iftira atılması ilə bağlı, KİV-də hansısa sobatajlarla bağlı məsələləri qanunvericiliyə gətirmək istəyir.  Bir çox ölkələrin hüquq sistemi bu məsələlərə qatlaşa bilmir. Məsələn, ABŞ-da Çinin cəsus şəbəkəsi hesab olunaraq TİK-TOK -un iş yerlərində qadağan oluması tələb edilirdi. İranda da o platformaları qadağan elədilər. Avropa Rusiya media qruplarının qapadılması ətrafında gedən söz-söhbətlər də bir daha dediklərimizi sübut edir. Azərbaycanda da həm Rabitə Nazirliyinin nəzdində, həm də digər dövlət qurumları virtual şəbəkələşmə, cinayət qruplaşmalarının yaradılması, cəsusluq, digər dövlət qurumlarına təhlükə törədəcək hallara qarşı mübarizə başlayıb. İnsanları qanunlara riayət etməyə çağırırıq. Əlbəttə ki, Media Reystri lazımdır, amma bu, ancaq yazılı mətbuatla bağlı ola bilər. Amma onun sosial şəbəkə resurslarına necə şamil edəcəklərini deyə bilmərəm. Bu istiqamətdə komissiya yaradıb uyğun addımlar atmaq lazımdır. İctimaiyyət, media, dövlət nümayəndələrinin birgə fəaliyyəti önəmlidir, dəstəklənməlidir”. (hafta.az)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...