"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

14:11 04-02-2023 | icon 1520 | KİV
"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

"Media Reystri mətbuatımızı xarici ölkə agenturasından xilas edəcək yeganə vasitədir”

 

“İnformasiya insanların əhvalına güclü təsir edir, onları yönəldir. Digər tərəfdən bu yolla insanları manipulyasiya etmək, onları təsir altına almaq mümkündür. Hətta informasiya kütləvi qırğın silahlarındandan təhlükəli bir silahdır”.

 

Versus.az xəbər verir ki, bunu politoloq, “Global.az”-ın əməkdaşı  Turan Rzayev regionda gərginliyi ilə müşahidə olunan proseslər, Azərbaycana yönələn informasiya müharibəsində media resursları sırasında ölkəmizə qarşı əkstəsirlərin baş qaldırması və onunla mübarizədə “Media Reystri”nin hansı “antivirus” rolunda çıxış edə bilməsi ilə bağlı məqamlara diqqət çəkərkən bildirib.   

 

Politoloq qeyd edib ki, İnformasiya müharibəsi milli təhlükəsizliyin əsasını təşkil edir. Məhz buna görədir ki, bu gün bu təhlükəni görən inkişaf etmiş ölkələr informasiyaların təhlükəsizliyinə xüsusi diqqət yetirir.

 

Ekspert ölkəmizin də bu təhlükədən  sığortalanmadığını və dövlətin informasiya siyasətini bu istiqamətdə mühüm hesab edib:

 

“Bu gün Azərbaycan informasiya məkanında İran agenturasına birbaşa bağlı media subyektləri var. “Salamnyus” informasiya agentliyi və “İnteraz” telekanalı buna misal ola bilər. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdikləri xüsusi əməliyyat tədbirləri zamanı 39 nəfər saxlanılıb. Saxlanılanlar arasında “Salamnyus” informasiya agentliyi və “İnteraz” telekanalının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var. Ümumiyyətlə, qeyd etdiyim bu media subyektləri başda olmaqla İran agenturasına bağlı olan bütün media subyektləri bağlanmalı əməkdaşları haqda araşdırılma aparılmalıdır”.

 

T.Rzayev hesab edir ki, belə bir vəziyyətdə Media Reystrinin mətbuatı bu üsnürlərdən təmizləyə bilər:

 

“Ümumiyyətlə Media Reystrinin bir vəzifəsi də məhz budur. Mən bu gün sosial şəbəkələrdə yenə bəzilərinin media reyestrinə qarşı qara piyar kampaniyasına başladığını müşahidə edirəm. Bu qara piyar kampaniyasına dəstək verən sapı özümüzdən olan baltalar əksər hallarda İran kimi ölkələrdən ya maliyyə alır, ya da onun ideoloji təsir dairəsinə düşüb”.

 

Ekspert qeyd edib ki, “Media haqqında” yeni qanun 2021-ci il dekabrın 30-da qüvvəyə minib. Qanunun müvafiq tələblərinə uyğun olaraq, ötən ilin oktyabrından etibarən media subyektlərinin və jurnalistlərin 6 ay müddətində reyestrdən keçməsi tələb olundu. MEDİA agentliyi tərəfindən bütün suallar cavablandırılır:

 

“Ancaq buna baxmayaraq son günlərdə “icazəli media istəmirik” şüarını əldə bayraq edən bir qrup “jurnalist” əl-ayağa düşüb. Şüara bir baxın “icazəli media istəmirik”. Təsəvvür edirsiniz “İnteraz” “Salamnyus” kimi İran agenturasına bağlı media subyektləri Azərbaycanda dini ekstimist təbliğat aparsın yada insanları din pərdəsi altında İran maraqlarına yönəltsin dövlətimiz də buna səssiz qalsın”.

T.Rzayev hesab edir ki, bu qaragüruhun sıralarında, qərəzli yazılar tirajlayan, ondan-bundan şantaj yolu ilə 5-10 manat pul qoparan sayt rəhbərləri hər zamankı kimi dövləti gözdən salmaqla üç-beş manat qrant qoparmağa çalışan “reket” jurnalistlər və təbii ki,  yağışdan sonra baş qaldıran göbələk kimi özünü “media eksperti” adlandıranlar da var.

 

“Bu şəxsləri araşdırdıqda hətta görmək olar ki, onların bir çoxunun İran yada başqa ölkə agenturasına bağlantısı var. Media Reystri Azərbaycan mətbuatını xarici ölkə agenturasından xilas edəcək yeganə vasitədir və bu vəsitəni qaralamaq heç nəyi dəyişməyəcək”. (hafta.az)

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...