Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

10:02 05-02-2023 | icon 176 | Dünya
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Siyahıda çox sayda məşhur sənətçilər də var

 

Kanada hökuməti Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

 

Yeni siyahıya Rusiya Federasiyasının 38 fiziki və 16 hüquqi şəxs daxil edilib ki, onların dezinformasiya və təbliğat xarakterli məlumatların yayılmasında əli olduğu bildirilib.

 

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

Bu siyahıya əsasən, “Rossiya seqodnya” dövlət media şirkəti, rusdilli informasiya resurslarını birləşdirən “RIA Novosti”, PRAYM, “Inosmi”, TOK, KOT, “Baltnews”, “Ukraina.ru”, “Sosial  Navigator” və “Arctic .ru” daxil edilib.

 

Həmçinin United World International və Repressiyaya Qarşı Mübarizə Fondu da sanksiyalar siyahısına salınıb. Onların “Vaqner”in təsisçisi və sahibi Yevgeni Priqojinlə sıx bağlı olan dezinformasiya subyektləri olduğu qeyd edilib.

 

Kanadanın sanksiya məhdudiyyətlərinə daxil edilənlər sırasında Nikolay Baskov da var. O,  Ukraynanın işğal olunmuş ərazilərindəki Rusiya qoşunlarını ziyarət edib və Ukrayna ərazilərinin qanunsuz ilhaqına dəstək məqsədilə Moskvada Qızıl Meydanda təşkil olunan konsertdə çıxış edib.

 

Ümumilikdə Rusiya dezinformasiya agentləri siyahısına 38 nəfər daxil edilib. Onlar arasında Mixail Boyarski, Marat Başarov, Dima Bilan, Larisa Dolina, Nikolay Rastorquyev, Oleq Qazmanov, Polina Qaqarina, Nadejda Babkina, İrina Alleqrova Maksim Averin, Dmitri Dyujev, Mixail Qalustyan, Viktoriya Dayneko kimi məşhurlar da var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordu ilə bağlı zarafat etdi

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN