“Səninləyəm, Türkiyə!” Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yardım kampaniyası elan edib

14:29 06-02-2023 | icon 277 | Cəmiyyət
“Səninləyəm, Türkiyə!” Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yardım kampaniyası elan edib

Türkiyədə bu səhər 7,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

 

Bu günün məlumatlarına əsasən, 150 bina dağılıb, 560-dan çox yaralı var, azı 85 nəfər həlak olub.

 

Qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.

 

Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:

 

• Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin:

 

https://yardim.et/az/donations/bank/online

 

• Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.

• SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

• Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.

• Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]

 

Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da