“ADTGT” təlim kursunu başa çatdırdı

09:48 09-02-2023 | icon 172 | Cəmiyyət
“ADTGT” təlim kursunu başa çatdırdı

 

 

 “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda gənclər üçün “milli-mənəvi dəyərlər və monolit ailə institutu” mövzusunda maarifləndirici təlim kursunu başa çatdırıb.

 

Bu barədə Versus.az-a ADTGT İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib.

 

Məlumata görə, Neftçala rayonunda icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, GİKM nümayəndəliyi və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan təlimə 30 nəfər yerli gənc cəlb olunub.

 

İştirakçılar təlim vasitələri və mövzuya dair İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.  

 

Açılışda Neftçala rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Esmira Məmmədzadə, rayon gənclər və idman idarəsinin rəisi Araz Əhmədov və GİKM yerli nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək, bu maarifləndirici layihənin və təlimin bölgə gəncləri üçün fayda, əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən və qohum nikahlarla mübarizə və bu istiqamətdə milli-mənəvi dəyərlərin gənclər arasında təbliği sahəsində şəhərdə görülən işləri qeyd etdilər.

 

ADTGT sədri Asif Əsgərli, layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova layihəyə və təlimin təşkilinə dəstək verən AGF-na və Şirvan şəhər icra hakimiyyətinə öz təşəkkürünü bildirərək, 3 ay ərzində Salyan, Biləsuvar, Neftçala rayonu və Şirvan şəhəridə icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizə və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvi dəyərlər və ailə ənənələri aşılanmasından danışıb.

 

Təlim ekspert Asif Əsgərlinin təqdimatı ilə proqrama uyğun aparılıb və interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirilib. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.

 

Layihədə Gənclərin İnkişaf və Karyera Mərkəzi, yerli nümayəndəliklər tərəfdaş kimi iştirak ediblər.

 

 

 

Pəri

Versus.az                                          

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN