Ali Məhkəmənin yaradılmasından 100 il ötür

12:14 13-02-2023 | icon 311 | Cəmiyyət
Ali Məhkəmənin yaradılmasından 100 il ötür

Azərbaycan Ali Məhkəməsinin yaradılmasından 100 il ötür.

 

Versus.Az xəbər verir ki, Ali Məhkəmənin yaradılması haqqında 1923-cü il fevral ayının 13-də qərar qəbul edilib və qurum mart ayının 1-dən fəaliyyətə başlayıb.

 

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul olunub. Azərbaycan SSR MİK Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul edib.

 

Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyənləşib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.

 

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir.

 

Ali Məhkəmə paytaxt Bakıda təşkil edilib, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...