Dünyada bir İLK

13:16 15-02-2023 | icon 275 | Cəmiyyət
Dünyada bir İLK

Bakıda dağılmış yolu xalı ilə “yamadılar”

 

Bu mənzərə ucqar kəndlərdə deyil, Bakının Xətai rayonunda qeydə alınıb. Bura 3-4 min nəfər insanın yaşadığı böyük bir küçənin, Mirzə Davud küçəsinin girişidir.

 

 

Lent.az bu yolun bərbad vəziyyətdə olması barədə əvvəllər də material hazırlayıb. Kanalizasiya sularının axdığı, çala-çuxur yolda dəfələrlə insanlar yıxılıb, xəsarət alıblar. Yerli bələdiyyə hər gün yüzlərlə insanın, xüsusən məktəblilərin keçib getdiyi bu yolu gah karton kağızlarla, gah taxta parçaları ilə, gah da torpaq tökərək abıra salmaq istəyib. Amma göydən bir damla yağış düşən kimi torpaq, karton bir-birinə qarışıb, çox biabırçı vəziyyət yaranıb. 

 

İndi isə bu yola xalı sərərək, eyiblərini örtməyə çalışıblar. Bu, dünyanın heç bir yerində görünməmiş bir haldır. Analoqu yoxdur.

 

Mirzə Davud küçəsinin sakinləri dəfələrlə yolun təmir edilməsi xahişi ilə əlaqədar qurumlara müraciət ediblər. Küçədə yollar o dərəcədə bərbad haldadır ki, taksi sürücüləri bu əraziyə gəlmək istəmir, yanğın, təcili tibbi yardım maşınları bu küçəyə gəlib xəstə apararkən özləri “xəstə” düşür, evakuatorla geriyə qayıdırlar.

 

Anlamaq olmur, Xətai Rayon İcra Hakimiyyəti, yolların təmir tikintisi ilə məşğul olan qurumlar bu analoqu olmayan təmir üsulları ilə əraziyə turist cəlb etməyə çalışırlar, yoxsa insanlara o qədər çox dəyər verirlər ki, gələn-gedənin ayağı altına xalı sərirlər. Amma, nə yazıq ki, qırmızı xalı yox,  suyun üzərini örtmək üçün palçıqlı xalı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT