Təmir etdiyi avtomobili oğurladı


Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Lexus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti

Millət vəkili maaşların nə qədər artacağını AÇIQLADI
"Əməkhaqqı artımları növbəti aylarda da davam edəcək”