“Valideyn Forum”larına START VERİLİR

15:55 17-02-2023 | icon 391 | Cəmiyyət
“Valideyn Forum”larına START VERİLİR

Regionlarda qızların təhsil və peşə imkanlarına dair görüşlər keçiriləcək

 

“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təhsil və peşə hər bir qızın haqqıdır!" adlı maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.

 

Versus.Az xəbər verir ki, bunu SQPR İctimai Birliyi ictimai əlaqələr və informasiya departamentinin məlumatında bildirilib.

 

Məlumatda qeyd edilir ki, 3 ay müddətində (01 fevral – 01 may 2023-cü il) Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında həyata keçiriləcək layihənin əsas ideyasını bu regionlarda erkən nikahların yeniyetmə qızlara, onların tam orta təhsil, peşə sahibi olmalarına, karyera qurmalarına, mənəvi-psixoloji durumuna və ümumilikdə cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu istiqamətdə ən vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.

 

Layihənin digər bir əsas məzmunu bölgələrdə erkən nikahlarla daha effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, PR kampaniyası və şəbəkələşməni nəzərdə tutur. Layihədə erkən nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanması da nəzərdə tutulur.

 

Layihə çərçivəsində 4 regionda valideynlər, övladlar, təhsil işçiləri, aidiyyətli yerli qurumlar arasında erkən nikahlara dair sorğuların keçirilməsini, hər bir rayonda valideynlərin, yerli icra hakimiyyəti, təhsil, ailə, qadın, uşaq məsələri üzrə məsulların, hüquq-mühafizə, gənclər və idman, ağsaqqal, din institutunun və QHT-lərin iştirakı ilə erkən nikahlarla mübarizədə birgə fəaliyyətə, gələcək əməkdaşlığa hesablanan “Valideyn Forum”larının, davamlı fəaliyyətə motivasiya yaradan sosial aksiyaların təşkilini və mənəvi dəyərlərin aşılanmasına aid maarifləndirici təbliğat vastələrinin yayımı nəzərdə tutur.

 

Layihə davamlılıq, gələcək nəticəyönümlü addımlar üçün erkən nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət üsullarının hazırlanmasını da nəzərdə tutur.

 

Layihədə AR Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, onun regional idarələri, mərkəzləri və yerli icra hakimiyyətləri ilə tərəfdaşlıq qurulacaqdır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...