SSRİ DTK-nin ermənilərlə birgə həyata keçirdiyi ssenari- “Sumqayıt hadisələrini”

14:23 18-02-2023 | icon 1941 | Tarix
SSRİ DTK-nin ermənilərlə birgə həyata keçirdiyi ssenari- “Sumqayıt hadisələrini”

 

 

Ermənilər yenə iyrənc iddiaları, Azərbaycanın nüfuzunu zədələmək üçün öz cinayətləri üzərində qurduqları “Sumqayıt hadisələrinin 35-ci ildönümü” sərsəmləməsinə hazırlaşırlar. Artıq bu istiqamətdə erməni lobbisi, diasporu, Qriqoryan kilsəsi və s. xarici ölkədəki nüfuzlu, imkanlı ermənilər geniş kampaniyalara başlayıb. Təəssüf doğuran məqam isə bu məsələdə ermənilərə başda Fransa olmaqla, bir sıra Qərb ölkəsinin dəstək verməsidir.

Erməni qatili ermənilərin bu əks təbliğatını suya düşürmək üçün hansı addımlar atılmalıdır?

 

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, ermənilərin ətrafında oyunlar qurmaq istədiyi “Sumqayıt hadisələri” Azərbaycana qarşı məkirli güclərin əməyinin nəticəsidir.

 

“Sumqayıt hadisələri 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş verib. Baş verən iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirib. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.

Ermənilər baş verən hadisəni Azərbaycanın ermənilərə qarşı kütləvi qətli, hətta bəzən soyqırımı kimi qeyd etsə də bu hadisə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Dövrün siyasi proseslərinə, eyni zamanda tarixə nəzər salsaq hadisənin məhz ermənilər tərəfindən törədildiyi aydın şəkildə görünür”.

 

Politoloq qeyd edib ki, ermənilərin siyasi məqsədləri üçün öz soydaşlarını qətlə yetirməsi, hətta kütləvi şəkildə öldürməsi ilk belə hal deyil.

“19-cu əsrin ikinci yarısında Qərbin imperialist ölkələri Britaniya, Fransa, Çar Rusiyasının təhriki ilə Osmanlının Şərqi Anadoludakı torpaqları hesabına müstəqil Ermənistan dövləti yaratmaq istəyən ermənilər “Daşnaksutyun” “Xınçaq” kimi terrorçu, radikal, ultramillətçi təşkilatlar ətrafında birləşməyə başladı. Lakin bu prosesdə iştirak etmək istəməyən ermənilərin sayı da az deyildi.

Daşnaksutyun və xınçaqa məsnub silahlı ermənilər xüsusilə İstanbul, Ədirnə, Selanik, İzmir, Ərzurum, Antakya və digər ermənilərin kompakt yaşadığı Osmanlı şəhərlərində onlara dəstək verməyən erməniləri kütləvi şəkildə qətl edirdi. Maraqlıdır ki, Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu mənada ermənilərin Sumqayıtda öz soydaşlarını qətlə yetirməsi heç də təəccüblü hal deyil.

 

İkincisi, 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizlənməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulur, kütləvi şəkildə qətlə yetirilirdi.

 

Ermənilər hadisənin təktərəfli olmaması üçün bu hadisə ilə paralel azərbaycanlıların da erməniləri kütləvi şəkildə öldürməsinə çalışırdı. Bunun üçün Azərbaycan dilini səlis şəkildə bilən xüsusi təlim keçmiş ermənilər, Sumqayıtda ermənilər yaşayan mənzillərə basqın təşkil edərək onları kütləvi şəkildə öldürürdü. Bununla da ermənilər həm Ermənistanda antiazərbaycan hərəkatını gücləndirir, həm də bu hərəkatın səbəbsiz yerə olmadığını isbat etməyə çalışırdılar.

 

Əsas kimi isə həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlıların əksəriyyəti məhz Sumqayıtda məskunlaşdığını və hadisənin onlar tərəfindən törədildiyini irəli sürürdülər”.

 

T.Rzayev faktları əsas gətirərək hesab edir ki, “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşan ermənilər ilə “Sumqayıt hadisələri”nin sifarişçiləri, təşkilatçıları eynidir. O, diqqətçəkən digər bir məqam kimi ermənilərin bu hadisəni məhz Azərbaycanın Qərbi azərbaycanlılarla bağlı məsələni qabartdığı bir zamana təsadüf etməsini önə çəkib.  

 

“Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə bildirib ki, “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

 

T.Rzayev hesab edir ki, ermənilər məhz indi “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşaraq əslində Qərbi Azərbaycandan, zorla qovulan, azərbaycanlılarla bağlı həqiqətləri kölgədə qoymaq gündəmdən çıxarmaq istəyir. Çünki bu faktın qabardılması və Azərbaycan tərəfindən dövlət səviyyəsində beynəlxalq aləmin diqqətinə çatdırılması azərbaycanlıların indiki Ermənistan ərazindən zorla qovulmaları, vəşhicəsinə öldürülmələri, təzyiq və zorakılıqlara məruz qalmaları münaqişənin məhz ermənilər tərəfindən başladıldığını təsdiqləyir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol