Şuşalı gəncin Türkiyədəki xeyirxahlıq missiyası
Qardaş Türkiyədə baş verən zəlzələ Azərbaycanda da böyük kədər hissinə, üzüntüyə səbəb oldu. Hər kəs - uşağından yaşlısına qardaşlarımızın yarasına məlhəm olmaq üçün bacardığını etməyə çalışdı.
Gənclərimiz könüllü olmaq üçün sıraya düzüldülər. Onlardan biri də Şuşa şəhər sakini, Türkiyənin Kastamonu universitetinin tələbəsi Abdullayev Fərhad Eldəniz oğludur. Fərhad zəlzələ baş verən gün AFAD-a müraciət edib və fevralın 7-dən Hatayda, əvvəlcə Hassada, sonra isə Antakyada könüllü olaraq yardımlar edir, zəlzələdən zərərçəkən insanların yanında olur, onlardan köməyini əsirgəmir.
Anası Mətanət xanım söhbət zamanı bildirdi ki, oğlu fevralın 7-dən indiyə qədər günlərlə soyuğa, yuxusuzluğa, aclığa dözüb, öz insani borcunu yerinə yetirir:
"Türkiyədə baş verən təbii fəlakət bütün azərbaycanlılar kimi məni, ailəmi də çox üzdü. Biz də bacardığımız qədər yardımlar edirik, qardaşlarımızın yanında olmağa çalışırıq. Bir ana kimi isə oğlumla qürur duyuram. Fərhad uşaqlıqdan xeyirxah, yardımsevər, ehtiyacı olanın əlindən tutan biridir. Nə vaxt ondan xəbər almaq üçün telefon açıram, görürəm ki, iş başındadır".
Şuşalı gəncə bütün işlərində və təhsilində uğurlar arzulayıb, xeyirxah missiyasına görə təşəkkür edirik.
Ağanisə Əliqaraqızı
versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"