"khojalywitness.org" saytı təqdim edildi

16:23 01-03-2023 | icon 1232 | KİV
"khojalywitness.org" saytı təqdim edildi

“Unudulmayan tarix”...

 

Xocalı qurbanlarını lentə alaraq vizual tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqhatinin “khojalywitness.org” adlı yeni sayt bu il dünyaya nümayiş olundu. Dörd dildə fəaliyyətə başlayan saytın əsas məqsədi şahidlərin və qurbanların fotolarını əks etdirərək qanlı tarixi yaşatmaq, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

 

Bu barədə Versus.az-a fotojurnalist Reza Deqhati məlumat verib.

 

 

 

26 Fevralda Ağdamda Konfrans Mərkəzində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Unudulmayan tarix” adlı anım tədbiri keçirilib. Tədbir çərçivəsində Reza Deghatinin Birinci Qarabağ Müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Qeyd edək ki, tədbir “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.

 

 

Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı 26 Fevralda aksiya keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada Reza Deghati çıxış edərək Xocalı dəhşətlərini bir daha dünya mediasının, iştirakçıların diqqətinə çatdırıb. Qeyd edək ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar. 

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI