DİN-dən kart məlumatları ilə bağlı XƏBƏRDARLIQ

15:52 02-03-2023 | icon 519 | Cəmiyyət
DİN-dən kart məlumatları ilə bağlı XƏBƏRDARLIQ

Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin vətəndaşlara zəng edərək müxtəlif uydurma səbəblər gətirməklə onlara aid bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

 

Bu istiqamətdə sosial şəbəkələrdə video və fotofaktlar paylaşılır. İddia edilir ki, bir qrup şəxs insanlara bu formada zəng edərək onların məlumatsızlığından istifadə edir. Bəzi vətəndaşlar ayıq-sayıq davranaraq məsələni ictimailəşdiriblər.

 

Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb, bu davranışlara yol verən şəxslər barəsində qanunla hansı addımların atılacağını öyrəndik.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bu şəxslər, adətən, vətəndaşların etibarından sui-istifadə etməklə onlara aid bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar:

 

“Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

 

Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat-texniki, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə tənzim olunur.

 

Bir daha vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in “102 - Xidməti Zəng Mərkəzi”, həmçinin sosial şəbəkələrdə “polis-Azərbaycan” rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...