"Pensiyaya çıxan aktyorlar işdən çıxarılmasın"


Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin dövlət teatrlarının aktyor truppasında olan artistlərə də şamil edilməməsi təklif olunur.
Versus.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Məlumata görə, insanların mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnun daha səmərəli təmin edilməsinin əhəmiyyətini, xüsusi xidmətləri olan və 65 yaşı tamam olmuş aktyorların zəngin təcrübəsinin gənc aktyorlara ötürülməsində, habelə müvafiq sahədə peşəkarlıq səviyyəsinin artırılmasında xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinin dövlət teatrlarının aktyor truppasında olan artistlərə də şamil edilməsi təklif olunur.
Xəbər lenti

Millət vəkili maaşların nə qədər artacağını AÇIQLADI
"Əməkhaqqı artımları növbəti aylarda da davam edəcək”