...erməni icması ilə danışıqlar -  Xocalıya qayıdış necə olmalıdır?

11:36 04-03-2023 | icon 786 | Geopolitika
...erməni icması ilə danışıqlar -  Xocalıya qayıdış necə olmalıdır?

Azərbaycan nümayəndələrinin Xocalıda ermənilərlə görüşü sülhə çağırışla yanaşı, ölkə ictimaiyyətinin dünyaya hansı mesajıdır?

 

Azərbaycan ictimaiyyət nümayəndələri Versus.az-a Xocalıda sülhməramlıların qərargahında ermənilələrlə keçirilən görüşlə bağlı maraqlı fikir və təkliflə çıxış etdi:

 

“Xocalıda yaşamağa haqqları yoxdur”

 

Tarixçi alim Qasım Hacıyev tolerant, humanist xalqın bir ziyalısı kimi erməni vətəndaşlarımızla bağlı dövlət rəhbərinin fikirlərini yüksək dəyərləndirib. O, bəyan edib ki, Azərbaycan dövləti, xalqı  erməni vətəndaşlarımızın ərazilərimizin hansı hissəsində yaşamasına etiraz etmir. Çünki hər bir müharibənin sonu sülhlə nəticələnir.  Azərbaycan xalqı da dövlətinə ehtiramla, sülh şərtlərini, beynəlxalq aləmi nəzərə alaraq ermənilərin etdiyi cinayətləri məhkəmənin mühakiməsinə buraxaraq, yenə də cinayət törətməyən azsaylı ermənilərin ərazilərimizdə yaşamalarına şərait yaratmağa hazırdır.

 

“Onsuz da Azərbaycanda işğal edilməyən ərazilərimizdə də ermənilər yaşayır. Eyni zamanda bu gün Azərbaycan diplomatlarının sülhməramlıların müşaiyyəti ilə onların qərargahında ermənilərlə görüşlər keçirməsi, Azərbaycanın sülhə doğru addımlarıdr.

 

Amma bununla paralel olaraq, dünya birliyi Xocalıda haqlarımızın, ədalətin bərpa edilməsinə çalışmalıdır. Əks halda Xocalıda soyqırımı törədən ermənilərin bundan sonra yenidən Xocalıda yaşaması ilə razılaşmaq olmaz. Bu gün Azərbaycana qarşı “insan hüquqları, demokratiya, humanistlik, ədalət”  dərsi keçən beynəlxalq təşkilatlar, həmin o Avropa, Qərb ilk növbədə Xocalını qətlə yetirən ermənilərin soyqırım aktını pisləməli, Ermənistanın  cəzalandırılması istiqamətində addımlar atmalıdır. Ona görə də ermənilərə Azərbaycanda yaşamaq icasəsi Xocalıdan başqa harda istəsələr verilə bilər. Və nə qədər qıcıq yaratsa da, elan edilməlidir ki, Xocalı ərazisində ancaq xocalılar yaşamalıdırlar”.

 

Tarixçi məsələyə həm də tarixi faktlara istinadla yanaşışb:

 

“Xocalıda erməni yaşamayıb. Onlar Azərbaycanda coyqırımlar törədəndən sonra ora köçürülüblər və bu gün orda yaşamağa haqları yoxdur”.

 

“ermənilərin burda yaşamasını düşünürlərsə, Ermənistanla bağlı ciddi addımlar atmalıdırlar”

 

Jurnalist Vilayət Muxtar Azərbaycanın 2020-ci il sentyabrın 27 -də əks-hücum əməliyyatı ilə 44 gün davam edən II Qarabağ savaşını, Ermənistan və erməni separatçıları üzərində həlledici zəfəri xüsusilə önə çəkib. Eyni zamanda bu gün Xocalıda  ermənilərlə aparılan danışıqları Azərbaycanın sülh prosesində atılan addımları sırasında doğru, əhəmiyyətli hesab edib. O, qeyd edib ki, Xocalıda ermənilərlə sülhməramlıların qərargahında keçirilən məlum görüş, Xocalı Soyqırımı faciəsinin ağrı-acısını yenidən qabardır, yaddaşımızı təzələyir.

 

“Xocalı soyqırımı acısının üzərindən sakitcə keçib ermənilərin həmin ərazilərdə yaşamasına yol vermək, Xocalı faciəsi kimi bir faciə ola bilər.   Biz Xocalını unutmadıq deyərkən, məhz bu detallara da diqqət verməliyik. Təbii ki, ermənilərin azərbaycanlılarla burgə yaşayış məsələsi artıq uzun müddətdir ki, müzakiə mövzusudur. Hətta bir ara Ermənistanda və Azərbaycanda olan aktivislərin iştirakı ilə "sülh göyərçinləri" deyilən bir proqram da var idi. Amma heç bir effekt vermədi. Çünki Xocalıda elə bir ailə yoxdur ki, orda ermənilərin törətdiyi soyqırımın qurbanları, o qırğının şahidləri olmasın. Bu faktor özü ermənilərlə münasibətlərin bundan sonra necə formalaşmasına istiqamət verən əsas xətti cızıb. Bu gün bir xocalı ailəsinə “sən sabah ermənilərlə bir yerdə yaşayacaqsan" söyləməyi təsəvvür etməyin özü belə ağlasığmaz, absurd səslənir. Ailəmin qatili mənimlə necə qonşu olaraq yaşaya bilər, yolverilməzdir. Xocalı sakinləri özləri də bu məsələ ilə bağlı müəyyən dövrlərdə öz mövqelərini bildiriblər. Ermənilər Xocalıda törətdikləri soyqırıma görə cavab verməlidir. Yaxşı olardı ki, mıhz bu gün, Azərbaycan belə bir sülh addımı atdığı dövrdə, ermənilərə dəstək olan, ikilisatandartlı yanaşan dövlət və beynəlxalq təşkilatlar da etimad mühitini yaratmaq xatirinə ilk növbədə bu məqamı düşünsünlər, ermənini yox, ailələri tamamilə məhv edilən insanlarımızn hüquqlarının bərpası barədə məsələ qaldırsınlar”.

 

V.Muxtar mövqcud reallıqlar fonunda hesab edir ki, Xocalı ilə bağlı məsələlərə, ora qayıdan sakinlərimizin siyahısına və gələcək yaşayışa daha fərqli aspektə yanaşılmalıdır. 

 

“Hesab edirəm ki, Xocalıya münasibətdə məsələ fərqli olacaq. Xocalıda ermənilərlə birgə yaşayışdan söz gedə bilməz. Danışıqlar ekoaktivislərin tələblərinə uyğun olaraq davam edəcək. Birgə yaşayış məsələsi cəmiyyətdə aparılsa da, proses o yöndə inkişaf etməyəcək. Mən bir laçınlı olaraq Laçında, Xankəndidə və digər işğaldan azad olunmuş ərazilərimizdə erməni ilə yanaşı yaşaya bilmərəm və bunu normal saymıram. Bu gün hər bir azərbaycanlı özünü  Xocalıda tamamən məhv ediən 8 ailənin yerində görür və itirilmiş bəşəri, insan, torpaq, yaşamaq, ailə haqqlarını məhz ermənilərin başını sığallayan beynəlxalq təşkilatlardan tələb edir”.

 

 

 

“Bizi torpağımızda müşaiyət etsələr də, artıq Xocalıya qayıdırıq”

 

QHT rəhbəri Xəzər Teyyublu bildirib ki, bu gün Azərbaycan xalqı Xocalı Soyqırımının acısını damarında axan qanı ilə hiss edir. Bu, insanlığa, bəşəriyyətə qarşı  ermənilərin tarixdə törətdiyi ən dəhşətli faciədir. X.Teyyublu bu gün Azərbaycan nümayəndələrinin hansı şəraitdə Xocalıya gedib orda erməni əsilli sakinlərlə danışıqlar aparmasından asılı olmayaraq bunu Xocalıya Ədalətin tanınmasına doğru növbəti addım sayıb. Eyni zamanda bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılmasında işlərin aparılması bu aspektlərdə də davam etməlidir.

 

“Dünya erməni qəsbkarlarının və o dövrdə Qarabağda fəaliyyət göstərən sovet hərbisinin hansı cinayətləri törətdiyini yeni reallıqlar, danışıqlar fonunda bir daha bilməlidir. Bu mənada hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin ermənilərlə görüşü hər halda Qarabağda sülhə yönəlik proseslərin tərkib hissəsi olmaqla yanaşı əsas məqsədimizə xidmət edəcək. Azərbaycan xalqı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd üzərində də bayraqlarını sancıb, qanunlarını bərpa edəcəkdir”.

 

X.Teyyublu bildirib ki, Azərbaycan nümayəndələrinin Xocalıda ermənilərlə sülhməramlıların mərkəzi ofisində görüşməsi hər birimizdə hirs doğursa da, hər kəs bilməlidir ki, artıq Xocalıya qayıdırıq.

 

“Xocalı bundan sonra tamamilə Azərbaycan dövlətinin nəzarətində olacaq. Soyqırım törədilibsə orada erməni yaşaya bilməz, bu bizə xəcalətdir. Erməninin Azərbaycan uşaqlarını, hamilə qadınları, qızları, oğlanları, qocaları böyük qəddarlıq və təhqirlə qətlə yetirdiyi o torpağa ayağı dəyməli deyil”.

 

“Danışıqlar Azərbaycan bayrağının olmadığı yerdə aparılması bizə əsəb versə də...”

 

Siyasi ekspert Zəlimxan Məmmədli bildirib ki, artıq Xocalı Soyqırımını törədən, ermənini daim himayə edən, Qarabağda separatizmi yaradan Rusiya bu gün sıxışmış vəziyyətdədir. Bölgədə, dünyada yeni düzəni yaranır və daha ağıllı bir davranış nümayiş olunmalıdır.  Xocalı soyqırımının tanıdılması ilə bağlı fundamental yeni proses başladılmalıdır.

 

Z.Məmmədli bildirib ki, bu gün Azərbaycan nümayəndələrinin Xocalıda ermənilərlə görüşünün Rusiya sülhməramlılarının ofisində Azərbaycan bayrağının olmadığı yerdə aparılması bizə əsəb versə də, irəliyə doğru addımdır. Onun fikrincə, bu mənzərə məhz Rusiyanın mahiyyətini ortaya qoyur. Rusiya Azərbaycana sayqısızlıq göstərərək, regionda olduğunu diqtə etmək istəyir.

 

“Bununla yanaşı Azərbaycan ağıllı siyasət yürüdür. Prezidentin axırıncı bəyanatında verdiyi - konkret “hansısa “yan”larla deyil, erməni icması ilə görüşə bilərik” mesajları əbəs deyil. Azərbaycan bəyan edib ki, qanunlarını tanıyan, separatçılıqdan uzaq olan etnik kimliyindən asılı olmayan hər kəs Azərbaycanda yaşaya bilər. Bu da bir siyasi gediş idi. Eyni zamanda Azərbaycan xalqının mahiyyəti belədir.

 

Xocalının qisasının tam alınmadığı, cinayətkarların cəzalandırılmadığı, Xocalının qədim türk şəhəri olması isə ayrı bir məsələdir.

 

Bu gün Azərbaycan mesaj verir ki, bölgədə etimad mühitinin yaranmasına xidmət edir. Bu, həm də Rusiyadan fərqli olaraq ABŞ-ın, Avropa İttifaqının tələbləridir. Biz müttəfiq tərəflərin, o cümlədən Türkiyənin Avropa İttifaqının, ABŞ-ın verdiyi platformalara uyğun siyasətimizi təqdim etməliyik və dünya dövlətlərinə də bu mesajı verməliyik ki, Azərbaycan unitar dövlətdir, Azərbaycanın konstitusiyasını pozamaq kiminsə ixtyarında deyil, Azərbaycan ərazi bütövlüyünün tanınmasında israrlıdır, heç bir erməniyə əlavə bir hüquqi statusdan söhbət gedə bilməz. Vətəndaş kimi Azərbaycanda yaşamağa hazırdırlarsa, qəbul etməyə hazırıq. Məncə bu gün verilən mesaj budur”.

 

Z.Məmmədli eyni zamana hesab edir ki, “Xocalıda  bir nəfər də erməni yaşamamalıdır” kimi aşırı düşüncələr düşmənlərə şanslar verə bilər.

 

 

 

“Xocalıda ermənilərlə aparılan danışıqlar da bu prosesin davamıdır”

 

QHT rəhbəri, kulturoloq-sosioloq Aydınxan Əbilov qeyd edib ki, Azərbaycan coğrafiyası – Qafqazda, Şərqlə-Qərbin, Avropa ilə Asiyanın mərkəzində yerləşdiyinə görə dünyada gedən bir çox proseslərin təsiri altndadır. O, xatırladıb ki, Qarabağ müharibəsi, 30 illik işğal faktı, Ermənistanın Azərbaycana qarşı soyqırımlar törətməsi, 100 minlərlə soydaşlarımızın qaçqın, şəhid, yaralı olmasına səbəb olan proseslər, 17 dən çox ölkə parlamentinin məhz  Xocalı Soyqırımı ilə bağlı müxtəlif sənədlər qəbul edib, bəyanatlar vermələri, BMT-nin Ermənistanın işğalını pisləyən qətnamələri və digər faktlar onu deməyə əsas verir ki, dünya erməni millətçilərinin Azərbaycanın Qarabağ və digər bölgələrində törətmiş olduqları cinayətləri yaxşı bilirlər. Ekspert bütün bunlara baxmayaraq, Azərbaycanın hər fürsətdə bu faktları təzələməklə yenidən dünyanın yadına salınmasını vacib bilib.

“Bununla da bizə qarşı olan qlobal geosiyasi təsirləri zəiflədə bilərik. Bu mənada son vaxtlar Ermənistan -Azərbaycan arasında danışıqların aparılması, sülh müqaviləsinin bağlanması ilə bağlı müxtlif addımların atılması prosesində beynəlxalq ictimaiyyətin məsuliyyətini yada salmalıyıq.

 

A.Əbilov hesab edir ki, Xocalıda keçirilən görüş, Azərbaycanın regionda etimad mühitinin yaradılması, sülhə doğru atdığı addımdır:

“Azərbaycanın son vaxtlar apardığı sülhpərvər siyasətin daha da aktivləşməsi, Qarabağın problemlərinin araşdırılıb onun həlli yollarını göstərməsi, ekoaktivistlərin aksiyası, soyqırımla bağlı QHT-lərin, ictimaiyyətin apardığı mübarizə sübut edir ki, əslində biz Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın tezliklə Azərbaycan qanunlarına tabe olmasını, Azərbaycanın dövlət təsisatlarının orada fəaliyyətinin başlanmasını, lazım gəlsə sülhməramlıların tezliklə ərazilərimizdən çıxarılması və sərhədlərimizin  dəqiq kontrlarını müəyyənləşdirib dövlətlərarasında sülh müqaviləsinin bağlanmasında maraqlıyıq.  Bəs, həmin ermənilərin yaşayışından narahat olan o xarici təşkilatlar onları sülhə dəvət etmək üçün nə edir, Xocalı soyqırımı ilə bağlı məsuliyyətini xatırladırmı, yox”.

 

A.Əbilov bəyan edib ki, Ermənistan yenə də bəhanələrlə dünya ictimaiyyətini çaşdırıb, Azərbaycanın xoşməramlı siyasətinə kölgə salıb, guya Azərbaycanın erməni əhalisini sıxışdırmaqda və ayrlseçkilik  salmaqda bizi ittiham etməyə cəhd edir. Göründüyü kimi ermənilərin bu planları alınmır. 

 

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Azərbaycan bütün əhalisinə kifayət  qədər sivil, demokratik, dünyanın qəbul etdiyi formatlarda münasibət bəsləyir. Dövlət qurumlarımızın Qarabağda yaşayan erməni, azərbaycanlılarla bağlı açıqladığı qayıdış, sosial rifahın yaxşılaşdırılması ilə bağlı planları var. Bu planlar dünyanın aparıcı ölkələri olan, İsrail, ABŞ, İtaliya, İngiltərənin, Türkiyə şirkətlərinin işlədiyi, beyin mərkəzlərinin hazırladığı planlar əsasında həyata keçirilir:

 

“Biz bu proqrama “ağıllı dövlət proqramı” deyirik.  Bu proqrama həm azərbaycanlıların, həm də erməni əsilli əhalimizin sosial mədəni inkişafı, firavanlığını nəzərdə tutan iqtisadi imkanlar daxildir.  Bu baxımdan ermənilərin Xocalı soyqırımı ilə bağlı müxtlif dövlətlərin nümayəndələrinə göndərdiyi bəyanatların çoxu qəbul edilməyib. Çünki dünya, Avropa bilir ki, Azərbaycan qələbə  qazanandan sonra imza atdığı  bəyannaməyə sadiqdir və son həddə qədər çalışır ki, öz ərazisində, qonşularla sülh və dinc  münasibətlər qurulsun.

Amma “sentyabr hadisəsi” bir daha sübut etdi ki, ermənilər qonşuluq siyasətində həddi keçəndə  çox ağır və ciddi cavablar ala bilərlər”.

 

A.Əbilov qeyd edib ki, bu gün Azərbaycanın tolerantlığı, multukultural dəyərləri artıq bütün dünyada öyrənilir. Azərbayacan məhz bu dəyərlərə görədir ki, Qoşulmama Hərəkatına təkrar sədr seçildi:

 

“Çünki bizim digər xalqlarla bağlı problemlərimiz yoxdur. Sadəcə Ermənistanda olan bəzi qüvvələr çalışırlar ki, beynəlxalq ictimaiyyəti çatdırsınlar sülh proqramnı pozsunlar. Xocalıda ermənilərlə aparılan danışıqlar da bu prosesin davamıdır. Azərbaycanın ədalətli tələbləri yerinə yetirilmək şərti ilə sülhün vaxtı yetişib”.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı