Şəhid mayor Emin Süleymanov anıldı

13:09 15-03-2023 | icon 166 | Şəhidlər və şahidlər
Şəhid mayor Emin Süleymanov anıldı

Martın 13-də şəhid mayor Emin Süleymanova həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Şahanə Müşviqin müəllifi olduğu “Qutsal yolçu” adlı kitabının təqdimatı baş tutub.

 

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Emin Süleymanovun ömür yolundan və şəhadətindən bəhs olunur.


Tədbirdə şəhidin ailə üzvləri və dostları, qazilər, deputat və ictimai nümayəndələr iştirak edib.

 

Emin Bəhmən oğlu Süleymanov 21 iyul 1977 –ci ildə İmişli rayonunda polis ailəsində doğulub. 1983-1992-ci illərdə Namiq Şirinov adına 5 saylı orta məktəbin rus bölməsində, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1995-1999-cu illərdə Bakı Ali Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Hərbi institutu)təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnib.


Emin Süleymanov 2016-cı il “Aprel döyüşlərinin”də iştirakçısıdır. Bu döyüşlərdə göstərdiyi şücaətə görə Müdafiə Nazirliyi tərəfindən “Fəxri fərman”la təltlf edilib.


Həmçinin, nümunəvi zabit olduğuna görə E.Süleymanov xidməti dövründə “Azərbaycan silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Azərbaycan silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Azərbaycan silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı və fəxri fərmanlarla təltif edilib.


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı artilleriyaçı kimi iştirak edən Emin Süleymanov 9 noyabrda Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə şəhid olub və ata yurdu Xubyarlı kəndində torpağa tapşırılıb.


Emin Süleymanov şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” madalları ilə təltif olunub.


Kitab “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva tərəfindən nəşr olunmuşdur.

 


Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN