Özünə umac ova bilməyib, başqasına ərişdə kəsən Fransa

13:31 15-03-2023 | icon 146 | Geopolitika
Özünə umac ova bilməyib, başqasına ərişdə kəsən Fransa

Xəzər Teyyublu: “Fransa demokratiya, insan hüquqlarına utanc gətirir”

 

Korsikanın yerli parlamenti Korsika dilinin qadağan edilməsi ilə bağlı qərar verib. Fransa korsikalıların müstəqillik mübarizəsini dilini, şəxsiyyətini məhv etməklə qırmağa çalışır. Azərbaycanda azsaylı ermənilərin hüquqmüdfiəçisi kimi çıxış edən Fransa Makron hökumətinin, bir xalqın dilini ləğv etməsi bu hökumətin hansı mahiyyətini ortaya qoyur?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, dünyada özünü "sülh göyərçini" kimi göstərməyə adət edən Fransanın Korsika dilini ləğv etməsi, bu ölkənin müstəmləkə siyasətinin göstəricisidir. Onun fikrincə, Fransa kimi bir dövlətin digər dövlətlərin, xalqların həyatına təsir etmək istəyi, Azərbaycan el misalı ilə desək, "özünə umac ova bilməyən fransa, başqasına ərişdə kəsir”.

 

X.Teyyubli Fransa hökumətinin bu addımını biabırçı adlandırıb:

 

“Bu bir daha göstərir ki, Fransa üçün “demokratiya, insan hüquqları məsələsi görüntüdür. Fransa özünün istila, müstəmləkə siyasətini bu gün də Korsika üzərində davam etdirir.  Amma dünyanın gözü tərəzidir. Fransanın Afrikada həyata keçirdiyi müstəmləkə siyasəti və bu gün də erməni bacısının üzərindən Cənubi Qafqazdakı prosesləri diqtə etmək arzusu bu ölkənin mahiyyətini ortaya qoyur”.

 

X.Teyyublu bildirib ki, bir xalqın ana dilini ləğv etdirib, öz dilini qəbul etdirmək Fransa kimi müstəmləkəçi dövlətlərin mahiyyətidir:

 

“Fransa oaborogen korsikalılara öz hikkəsini qəbul etdirməklə, demokratiya, insan hüquqlarına utanc gətirir. Amma Fransanın müstəmləkə siyasətinə baxmayaraq, Kosova xalqı öz mübarizəsini aparacaq, öz dilini qoruyub saxlayacaq və dövlət prinsiplərini davam etdirəcəklər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN