Bakı danlşıqları nəticə verə bilər, əgər...

13:36 15-03-2023 | icon 140 | Siyasət
Bakı danlşıqları nəticə verə bilər, əgər...

Mətin Məmmədli: “...erməni sakinlər məsələlərə bir qədər ayaq başla yanaşmalıdır”

 

Təcavüzkar Ermənistan Azərbaycanla müharibədə məğlub olaraq üçtərəfli saziş əsasında kapitulyasiyaya imza atsa da, üzərinə düşən öhtəlikləri yerinə yetirmir, müharibə ritorikasından əl çəkmir. Bölgədə münaqişənin yaradılmasında maraqlı olan erməni havadarları vəziyyətin yenidən gərginləşdirilməsi üçün hər cür təxribat, təzyiq vasitələrindən istifadə edirlər. Bu gərginlik, müharibə ocağı Azərbaycan ərazisində yaradılıb və təbii olaraq ölkəmiz istənilən xarici təsirlərə baxmayaraq regionda revanşist iddiaların gərginlik yaratmasına imkan yaratmaq istəmir və Ermənistanı danışıqlar yolu ilə sülhə dəvət edir. Artıq Azərbaycan dövləti Qarabağda yaşayan erməni icmasının nümayəndələrini II dəfədir ki, danışıqlara dəvət edir. Bu dəfə danışıqların məkanı Bakıdır.

 

Mövcud situasiyada, yəni  “Qarabağda yeni istehkamlar quran, beynəlxalq missiyanı müxtəlif iddia və bəhanələrlə ölkəmizə gətirməyə çalışan, başqa ölkə əraisində özünə əlavə statuslar tələb edən, münaqişəni alovlandırmaq üçün müxtəlif hərbi təxribatlar törədən Ermənistan və onun Qarabağdakı separartçı törtöküntüləri Azərbaycanın bu təklifini qəbul edəcəkmi” sualı birmənalı olmayan ehtimalları ortaya çıxarır. Eyni zamanda sual olunur: -Qarabağ bölgəsində yaşayan azsaylı ermənilərlə II görüşün paytaxt Bakıda keçirilməsi reinteqrasiya müzakirələri üçün hansı imkanı,  şansı yarada bilər.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, artıq Azərbaycan hakimiyyətinin təyin etdiyi nümayəndə heyəti və erməni icmasının nümayəndələri arasında I raund danışıqlar Xocalıda keçirilib.

 

Onun sözlərinə görə, II görüşün Bakıda keçirilməsinin Bakıda planlaşdırılması tamamilə doğru addımdır və belə də olmalıdır:

 

“Çünki biz digər ərazilərimizdə olduğu kimi, Qarabağda yaşayan erməni vətəndaşlarımızı da öz sakinlərimiz kimi qəbul edir, onların mövcud problemləri ilə maraqlanırıq. O problemlər isə ilk növbədə Azərbaycan dövləti daxilində, Bakıda həllini tapmalıdır. Erməni sakinlərimiz Ermənistanın və digər xarici təsirlərin revanşist təsirlərindən çıxarılmalı və dərk etməlidirlər ki, Azərbaycan ərazilərində yaşayırlar. Dövlətin konstitusiyasından, qanunlarından kənar iddialarla çıxış edə bilməzlər”  

 

M.Məmmədli hesab edir ki, Qarabağda yaşyan erməni sakinləri məsələlərə bir qədər ayaq başla, konstruktiv yanaşsalar ikitərəfli danışıqlar prosesindən real nəticələr əldə etmək olar. Onun qənaətinə görə, əgər Qarabağda yaşayan  ermənilər yenə də təcavüzkar Ermənistnın və qondarma  rejimin girovu olaraq qalacaqlarsa, o zaman bu danşıqlardan müsbət nəticə gözləməyə dəyməz:

 

“Hər halda Azrbaycan dövləti bütün cəhdlə çalışır ki, bölgədə problemlər danışıqlar, sülh yolu ilə həllini tapsın və nəhayət biz davamlı sülhə nail olaq. Hesab edirəm ki, ölkəmizə qarşı təhlükəni aradan qaldırmaq, sülhə nail olmaq  üçün danışıqlar  yeganə yol deyil. Ermənistan öz təcavüzkar, revanşist siyasətindən əl çəkməsə ərazilərimizdə yaşayan ermənilərin vasitəsi ilə revanşizmi alovlandırsa, ölkəmiz mütləq hərbi müstəvidə özünün maraqlarını, mənafeyini qorumalı olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN