Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

15:10 15-03-2023 | icon 741 | Mədəniyyət
Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

 

 

TURAL İRFAN
/"Dünya Gənc Türk Yazarlar Birliyi"nin
Məsləhət Şurasının üzvü/

 

Türk dünyası zaman-zaman dəyərli simalar, ziyalılar, ədəbiyyat adamları yetirib. Bu şəxsiyyətlər içində öz izi-cığırı, dəsti-xətti olanlar çox olub. Ancaq müasir dövrümüzdə türk dünyasının ortaq dəyərlərini ədəbiyyat, mədəniyyət sahəsində önə çəkənlər içərisində seçilənlər o qədər də çox deyil. Əkbər QOŞALI imzası bu məsələdə sayılıb - seçilən imzaların ən öncüllərindəndir. Əkbər QOŞALI düşüncədən, məfkurədən, yaradıcılıqdan qabaq, bir sözlə hər şeydən öncə Nəsiminin dediyi kamil insan obrazını özündə tərənnüm etdirən mənəvi cəhətdən zəngin olan əsl insan və türklüyə xas məziyyətlər varlığında cəmləşmiş əsl Türkdür. O, istər xarici görünüşdə, bəlağətdə, fəsahətdə, natiqlikdə, düşüncədə, cəsarətdə, istərsə də öz yaradıcılığında, mənəvi dünyasında tamamilə Türk millətinə məxsus genetik kodlarla zəngin yaradılmış şəxsiyyətdir. Əkbər QOŞALInın şeirlərini oxuyanda özünü Altay dağlarının zirvəsində hiss edirsən. Onun poeziyasının mahiyyətinə varanda Atillanın cəsarəti, Mete Xanın qabiliyyəti, Dədə Qorqudun müdrikliyi, Atatürkün mətinliyi göz önündə canlanır. Türkün qəhrəmanlıq tarixini, varlığını, qədimliyini dağ havasına, bulaq suyuna bürüyərək canlı dildə, obrazlı şəkildə tərənnüm etdirə bilməyin özü şübhəsiz ki, Tanrı vergisidir. Məhz bu vergi Əkbər QOŞALIya nəsib olub.

 

Əkbər QOŞALInın şeirləri həmişə diridir. O şeirlərin ruhu var. Məsələn, o şeirləri oxuyanda insan sanki meditasiya edir, narahatlığı, yorğunluğu aradan gedir, özündə güc-təpər hiss edir. Əzgin insanı o şeirlər çevikləşdirir, yüyrəkləşdirir, həyata bağlayır, əslinə - kökünə qaytarır. Əkbər QOŞALI şeirləri adi şeirlərdən çox fərqlənir mənim nəzərimdə. Şeirin mahiyyət tutumu, ağırlığı, məna zənginliyi insanı yormur, çünki ortaq Türk ruhundan süzülüb gələn, elin dilində yoğrulmuş, durulmuş sözlər, kəlimələr, deyimlər dağ havası, bulaq suyu ilə könülləri qidalandırır, sığal çəkir, ruhları təzələyir...

 

Əkbər QOŞALI Türk kimliyinə xas tutumu ilə dost kimi əsl dostdur. Hər şeyin yerini bilən, Sözü yerində deyən, Sözün qiymətini bilən insandır. Mübaliğəsiz deyə bilərəm ki, əsl Söz sərrafı, insan sərrafıdır.


O, "Dünya Gənc Türk Yazarlar Birliyinin" qurucusu, indi də mənəvi atasıdır. Bizlər ömrümüzün ən məhsuldar dövründə, gəncliyin ilk pillələrində məhz Əkbər QOŞALI işığına topaşdıq, onun ustadlığı sayəsində titrək qələmlərimiz əlimizdə sabitqədəm oldu, cığırımız onun sayəsində iz oldu, onun yoluna qoşuldu, qovuşdu...

 

Yazımız, pozumuz, kitabımız - dəftərimiz Əkbər QOŞALI sayəsində, cana gəldi, kamala çatdı. Ədəbiyyata ilk qədəm qoyduğum zamanda ilk kitabımın ərsəyə gəlməsində, şeirlərimin nizamlanmasında, yaradıcılığımın həm ölkəmizdə, həm Türk dünyasında ictimaiyyətə təqdim olunmasında böyük təvazökarlıqla əvəzsiz zəhməti, dəstəyi olan Əkbər QOŞALIya hər zaman özümü mənəvi cəhətdən borclu hesab edirəm.


Gənc yazarlarımızı "Dünya Gənc Türk Yazarlar Birliyi" çatısı altında toplayan, Türk dünyasına təqdim edən, qardaş Türk ellərinin yaradıcı insanlarını da bizlərə gətirən, tanıdan, təqdim edən də Əkbər QOŞALI olub!
İlk üzvü olduğum bu birlik mənim üçün bir müqəddəs ocaq anlamı daşıyıb hər zaman. Sonralar bir çox ədəbi, mədəni birliklərə, dərnəklərə üzv olsam da "Dünya Gənc Türk Yazarlar Birliyi" mənim üçün daha qutsal, daha əziz, daha doğmadır.

 

Ədəbiyyat yollarında biz gənclərə mayak olan, əlimizdən tutan Əkbər QOŞALInı 50 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və daha uca zirvələr diləyirəm!
İşığı gur, ocağı isti, canı sağ, ömrü uzun olsun!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI