QDF yeni multifunksional saytını təqdim etdi

17:44 17-03-2023 | icon 404 | Cəmiyyət
QDF yeni multifunksional saytını təqdim etdi

Qarabağ Dirçəliş Fondunun www.qdf.gov.az ünvanında yerləşən rəsmi internet saytının yeni multifunksional versiyası istifadəyə verilib.

 
 
Fonddan Versus.Az-a verilən məlumata görə, saytın yenilənməsində məqsəd ilk öncə istifadəçi rahatlığını (UX/UI) təmin etmək, Fondun fəaliyyəti ilə bağlı ətraflı məlumatları şəffaf şəkildə ictimayyətə çatdırmaq, ianələrin edilməsi üçün yeni imkanlar yaratmaq və nəticədə cəmiyyətin Qarabağın bərpası prosesində iştirakçılığını artırmaqdır.
 
 
İstifadəçi rahatlığını təmin etmək üçün həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilən və daha müasir proqram təminatlarından istifadə olunan sayt 4 əsas bölmədən (“Haqqımızda”, “Fəaliyyət”, “Media mərkəzi” və “İanə imkanları”) və onların müvafiq altbölmələrindən ibarətdir.
 
 
Belə ki, “Haqqımızda” bölməsində Fond haqqında ümumi məlumat, missiya və məqsədləri, strukturu və Fondla əlaqə haqqında ətraflı məlumatlar əks olunub.
 
 
Eyni zamanda burada özündə Fondun müvafiq maliyyə və digər hesabatlarını və normativ sənədlərini əks edən “Sənədlər” altbölməsi də yer alıb.
 
 
“Fəaliyyət” bölməsində Fondun növbəti illər üçün prioritetləri və həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumatları əks edən “Prioritetlər” və “Layihələr” (https://qdf.gov.az/fealiyyet/layiheler/) altbölmələri ilə tanış olmaq mümkündür.
 
 
“Media mərkəzi” bölməsində Fondun fəaliyyəti haqqında son xəbərlər və Fonda ianə edən qurum və şəxslərin (donorların) siyahısı ilə tanış olmaq mümkündür.
 
 
“İanə imkanları” (https://qdf.gov.az/iane-imkanlari/) bölməsində müxtəlif ianə imkanları əks olunub. Burada artıq ənənəvi hesab edilən kart, ödəniş terminalları, bank mobil tətbiqləri, SMS, onlayn platformalar və bank köçürmələri vasitəsi ilə ianə imkanları təqdim olunub.
 
 
Bununla bərabər əlamətdar günlər - Novruz bayramı, 8 mart – Beynəlxalq Qadınlar Günü, 28 May – Müstəqillik Günü, Bilik Günü, Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, eləcə də Doğum günü münasibətilə “İanəni hədiyyə et” (https://qdf.gov.az/iane-imkanlari/hediyye/) altbölməsi də əlavə olunub.
Qeyd edək ki, müxtəlif bayramlar üçün ideal hədiyyə hesab edilə bilən, xüsusi dizaynlara malik hədiyyə ianə sertifikatlarında hədiyyə edən, eləcə də hədiyyəni alan şəxslərin adlarını göstərmək mümkündür.
Hədiyyəni həm pul, həm də işğaldan azad olunmuş ərazilər üçün ağac ianə etməklə təqdim etmək mümkündür.
 
 
Qeyd olunmalıdır ki, saytda Fondun Facebook, Twitter, LinkedIn və İnstagram sosial şəbəkələrində rəsmi hesablarına keçidlər də əks olunub.
 
 
Hazırda sayt test rejimində yalnız Azərbaycan dilində təqdim edilib. Yaxın günlərdə saytın ingilis dilində olan versiyası da ictimaiyyətə təqdim ediləcək.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

24 saatın NƏTİCƏLƏRİ

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər