İqtisadi-sosial siyasətdə artan uğurlar

19:32 17-03-2023 | icon 104 | Siyasət
İqtisadi-sosial siyasətdə artan uğurlar

Mahir Abbaszadə: “Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı dövlət proqramı qəbul edilib”

 

"2022-ci ildə hökumət cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkəmizdə iqtisadi fəallığın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, işğaldan azad olunan ərazilərin bərpa edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra ciddi tədbirlər görüb. Tədiyyə balansı, makro-iqtisadi aktivliyin dəstəklənməsi baxımından xarici mühitin Azərbaycan üçün əlverişli olması 2022-ci ildə əvvəlki illərə nisbətən ÜDM-də 4,6 faizlik artıma səbəb olub".

 

Versus.Az xəbər verir ki, bunu deputat Mahir Abbaszadə bu gün Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, 2020-ci ildə pandemiya və neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar qanunla icrası müvəqqəti dayandırılan büdcə qaydası təkmilləşdirilib və onun tətbiqi 2022-ci il yanvarın 1-dən bərpa edilib:


"Təkmilləşdirilmiş büdcə qaydası büdcənin neft gəlirlərindən asılılığının mərhələli qaydada aradan qaldırılmasına, fiskal dayanıqlılığın və maliyyə intizamının gücləndirilməsinə səbəb olub. Bu da Dövlət Neft Fondunun aktivlərinin qorunması imkanı yaradıb. Ölkəmizdə iqtisadi siyasətlə bərabər sosial siyasət də uğurla davam etdirilib. Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyü qorunub saxlanılıb, əhalinin sosial təminatı gücləndirilib. 2022-ci ildə ölkədə əmək haqları, əmək pensiyaları, sosial müavinət və təqaüdlər artırılıb. 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında öz töhfəsini vermiş Vətən Müharibəsi Qəhrəmanlarının, şəhid və qazilərimizin, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sosial məişət şəraitinin yaxşılaşdırılması 2022-ci ildə hökumətin diqqət mərkəzində olub. Ötən il Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad oluna ərazilərin bərpa edilməsi, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı dövlət proqramı qəbul edilib.Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarına verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin milli iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək, əhalinin dayanqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunmasına öz töhfəsini verəcək. Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi əsas prioritet məsələlər kimi qalmaqdadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə ordu quruculuğunun inkişafı, Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin, müasir silah və texnikaların alınması, xidmət edən əsgər və zabitlərin sosial məişət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin sayının artırılması, hərbi qulluqçuların vəzifə maaşlarına əlavələrin edilməsi üçün maliyyə təminatı yaradılıb. Ötən il Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması baxımından nəqliyyat dəhlizlərinin inkişafında rolunu daha da artırıb, 2022-ci ilin əvvəllərində Cənubi-Qafqaz boru kəməri vasitəsilə Avropaya təbii qazın ixracı gücləndirlib. Bu da Azərbaycanın Avropanın enerji təhlükəziliyində yaxında iştirakını bir daha sübut edir".

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN