Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

20:09 27-03-2023 | icon 525 | Geopolitika
Ermənistan Azərbaycanın şərtlərini qəbul etməzsə...

Vüqar Dadaşov: “Mövcud olduğu 29 min kvadrat kilometr ərazisi əsaslı sual altına düşəcək”

 

“Azərbaycan-Ermənistan arasında son vaxtlar yaranan gərginlik Ermənistanın hərbi ritorikasını artırması ilə bağlıdır. Ermənistanın aqressiv və təhrikedici təxribatları ona havadarlıq edən İran, Fransa kimi dövlətlərin planları üzrə həyata keçirilir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Vüqar Dadaşov Ermənistan hökumət başçılarının Azərbaycanla müharibə ritorikası və ölkəmizə qarşı təhqiramiz çıxışları kontekstində bildirib.

 

V.Dadaşov qeyd edib ki, Rusiya, Ermənistan Azərbaycan arasında birbaşa hərbi toqquşmaya maraqlı olmasa da, vəziyyətin gərgin olaraq qalmasına çalışır. Eləcə də müəyyən mənada Azərbaycana- Qarabağa qarşı maraqları uzlaşan İran, Fransa, Rusiya regionda ekskalasiyanın artmasında koordinasiyalı fəaliyyət göstərir.

 

Ekspert hesab edir ki, Qarabağı Ermənistanla birləşdirən Laçın yolunda dördüncü ay keçirilən aksiya səbəbindən Xankəndi və ətraf ərazilərdə separatçı ermənilərə hərbi daşınmaların qapanması məcburiyyətindən rus "sülhməramlı"ların birbaşa təşkilatçılığı ilə alternativ torpaq yollarla Xankəndinə silah-sursatın daşınması, eləcə də Rusiyanın Ermənistan silahlı qüvvələrinə davamlı hərbi təlimlər keçirməsi sözsüz ki, Rusiyanın öz məkirli uzunmüdfətli maraqlarının təmin edilməsinə xidmət edir:

 

“Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin  Talış kəndindən Ermənistanı, erməniləri real qorxuya salan bəyanatı, Müdafiə Nazirliyinin dünən keçirdiyi mükkəmməl əməliyatı ilə öz məntiqi ardıcılığı Ermənistan bir kənara onun havadarlarını növbəti dəfə pat vəziyyətinə qoydu. Cənab Prezident İlham Əliyevin səsləndirdiyinin mütləq kerçəkləşəcəyi artıq aksioma şəklində təsfiqlənib və Ermənistan Azərbaycanın şərtlərini qəbul etmədiyi halda mövcud olduğu 29 min kv km ərazisinin əsaslı sual altına düşəcəyi mütləqdir.

İlham Əliyevin Talış kəndindən verdiyi bəyanatın reallaşması heç bir şübhə doğurmadığından və Ermənistanın indiki ərazisi daxilində mövcudluğu təhlükəli həddə çatması bir sıra xarici ölkələri hərəkətə gətirib. ABŞ-ın Azərbaycanla, İlham Əliyevlə təmaslarının intensivləşməsi məhz Ermənistanı qorumaq məqsədi daşıyır.

 

Təbii ki, Ermənistan ancaq Azərbaycanın şərtlərini qəbul etdiyi halda öz mövcudluğunu və rahatlığını təmin edə bilər. Bu məsələ təkcə Azərbaycanın öz iradəsinə bağlı məsələdir və heç bir dövlət Azərbaycanın iradəsinə təsir edə bilməz”.

 

V.Dadşov bildirib ki, Qarabağda rus "sülhməramlıların" təşkilatçılığı ilə erməni separatçılarına akternativ torpaq yollarla  silah-sursat, canlı qüvvənin daşınmasının xüsusi əməliyyatla qapadılması ardınca Ermənistandan Azərbaycana Laçın yolun girəcəyində müvafiq nəzarət məntəqələrinin yaradılması artıq reallıqdır. O, diğər tərəfdən qeyd edib ki, Ermənistanla bütün sərhəddin nəzarətə götürülməsi Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının sürətlənməsi və problemin həll edilməsi deməkdir:

 

“Bunun üçün ilk növbədə Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul ediləsi üçün praktik addımlar atılmalı və ermənilərin asan müraciətlərin təmin edilməsi üçün yerlərdə müvafiq inzibati məntəqələr yaradılmalıdır. Ermənilərin sosial vəziyyətinin, işlə təminatının, azərbaycanlılarla ünsiyyətinə imkanlar yaradılmalıdır. Prosesin gözlədiyimiz nəticələr verəcəyi şübhəsizdir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI