Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə MÜRACİƏT

14:48 28-03-2023 | icon 288 | Mədəniyyət
Dini icma nümayəndələrindən Qarabağdakı ermənilərə MÜRACİƏT

Vətən müharibəsində Zəfərimizin əldə olunmasında ölkəmizdəki tolerantlığın, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Hazırda qarşımızda duran başlıca vəzifə bu dəyərlərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir. Dünyada gedən proseslər və mənəvi böhranın getdikcə dərinləşməsi onu göstərir ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, xüsusi rol oynayıblar.

 

Versus.Az xəbər verir ki, bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov söyləyib.

 

O bildirib ki, qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Qubaya səfər ediblər. Bu səfər zamanı yəhudi, xristian, islam icmasının nümayəndələri bir daha erməni separatçılarını, onların havadarlarını sülhə dəvət ediblər:

 

“Çağırışımızda artıq düşmənçiliyə son qoymağın zamanının çatdığı, birgə yaşayışın, birlikdə çalışmağın vaxtı olduğu bir daha elan edildi. İcma nümayəndələri Qarabağda yaşayan ermənilərə də müraciət edərək, özlərini nümunə göstərdilər. Necə ki, onlar ölkəmizdə xoşbəxt yaşayıb-yaradırlar, erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət etdilər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan dünya üçün sülhpərvər, sülhü təbliğ edən gözəl məkana çevrilib. Biz hamılıqla fəxr edirik ki, belə bir ölkədə, belə bir dövlətdə yaşayırıq. Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI