"Bu, xof yaratmaq istəyi ilə reallaşdırılan terror hadisəsidir”

18:30 30-03-2023 | icon 234 | Hadisə
"Bu, xof yaratmaq istəyi ilə reallaşdırılan terror hadisəsidir”

 

 

“Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hadisəsini qətiyyətlə pisləyirəm. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və Azərbaycan dövlətinə, xalqına xidmət edən insanlarda bir xof yaratmaq istəyi ilə reallaşdırılan terror hadisəsidir”.

 

Versus.az xəbər verir ki, bunu "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dünən törədilmiş terror aktı ilə ağlı açıqlamasında bildirib.

 

Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

 

Birlik sədri əmindir ki, bu terroru törədənlər və onun sifarişini verən dairələr öz çirkin məqsədlərinə çata bilməyəcəklər: “Azərbaycan güclü dövlətdir. Onun güclü ordusu, güclü təhlükəsizlik və hüquq-müahfizə orqanları var. Kimsə şübhə etməsin ki, qısa bir zamanda bu cinayəti törədənlər və onların sifarişçiləri dövlətimiz tərəfindən aşkara çıxarılacaqdır”.

Onun sözlərinə görə, əslində, bu cinayətin arxasında dayanan qüvvələrin kimliyini təxmin etmək çətin deyil.

“Azərbaycan dövlətinin apardığı müstəqil siyasət, xüsusilə də 44 günlük Vətən müharibəsindəki tarixi qələbə bəzi xarici gücləri ciddi şəkildə narahat edib. Həmin qüvvələrin Azərbaycan dövlətini müstəqil siyasət yürütməkdən daşındırmaq üçün hansı çirkin əməllərə əl atdıqları da hər kəsə bəllidir. Azərbaycan xalqı yaxşı bilir ki, bu gün dostumuz kim, düşmənimiz kimdir. Hər zaman olduğu kimi indi də Azərbaycan xalqı öz dövlətinin yanındadır. Necə ki, 44 günlük Vətən müharibəsində dövlət-xalq birliyi sayəsində qalib gəldik, indi də eyni birlik içərisində sabitliyimizi pozmaq istəyən qüvvələrə qarşı lazımi cavabı verəcəyik. Bundan öncə müxtəlif çirkin üsullarla dövlətimizə maneə olmaq istəyən qara qüvvələr məqsədlərinə nail olmadığı kimi, bundan sonra da nail ola bilməyəcəklər. Çünki Azərbaycanın təhlükəsizlik orqanları bu cür qüvvələri vaxtaşırı olaraq müəyyən edərək zərərsizləşdirir. Bundan sonra da eyni qətiyyətli addımlar atılacaq. Bir sözlə, Azərbaycan dövləti daha da güclənəcək və qarşıya qoyulan bütün hədəflərə nail olacaq. Bir daha deyirəm ki, Azərbaycan xalqı öz dövlətini, o cümlədən Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Bu dəstək və dövlət-xalq, hakimiyyət-xalq birliyi sayəsində də bütün maneələr dəf edilərək bundan sonra da qətiyyətli addımlar atılacaq”.

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

"Azərbaycan-İsrail münasibətlərinin dərin tarixi var"

“Prezident Laçından bütün suallara aydınlıq gətirdi”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

"Əlaqələr dövlətlərin maraqları çərçivəsində daha da inkşaf edir"

Laçından Moskva və Kişinyov görüşü necə görünür?

Müstəqil Həmkarlar bunu uşaqlar üçün etdilər

“Laçın şəhərində lazımi mesajlar verildi”

“Prezident Azərbaycan reallıqlarını DÜNYANIN BEYNİnə həkk edir”

"Əməkdaşlıq imkanları kifayət qədərdir"

"Bu əməkdaşlıq bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır"

"İki ölkə arasında əlaqələr daha da şaxələnir"

Azərbaycanın xarici siyasətinin mühüm əhəmiyyəti