Bizi gözləyən müharibə və qələbə!

15:47 06-02-2019 | icon 863 | Köşə
Bizi gözləyən müharibə və qələbə!

Oyuncaqlardakı ölüm parıltısıyla qan damcılarına baxış

 

 İGİD TEYMURLU

 

 

“Katolik monastırları öz varlığı etibarilə məsum ölüm parıltısı ilə doludur. Divara qızıl mıxlarla mıxlanmış İsaların başında gümüş tikanlardan çələnglər var. Alınlarında yaqutdan qan damcıları, gözlərində almazdan göz yaşları vardır. Bakirə qızlar da yuxuda İsanın arvadı olmaqdan həzz alırlar”. Bu gözqamaşdırıcı səhnə mənim yox, dahi Hüqonun təqdimatındandır.

 

Anarxist təxəyyüllü insanların sapındırıcı meyillər üzərində köklənən düşüncələrinin oturuşmasına təkan verəcək həmin “ölüm parıltısı” bu gün də gözümüzün önündədir. Monastıra qapanaraq alınlarında qan damcıları görünən Qərb dünyası “Qarabağ probleminin həlli” istiqamətində ortaya qoymaq istədiyi formatlarla Azərbaycanı axtalanmaq yaşantısıyla üz-üzə qoymaq istəyir. Biz Qərbin, Rusiyanın və digər maraqlı dairələrin problemlərimizə münasibətdə almaz tək parıldayan göz yaşlarına deyil, öz dövlətimizə, öz millətimizə, dövlətimizin öndə gedən Seçilmişlərinə güvənməliyik. Bu baxımdan da Onlara “Qəzan mübarək!” deyib fikirlərini öyrənməli, onları Sözün Cəng Meydanına dəvət edib bizləri uçuruma yuvarlamaq istəyənlərin bəd niyyətlərini önləməklə labirintdən çıxış yolunu tapamalıyıq...

 

Düzdür, bu Yolda milli Yəhudalarımızın İsa Məsih məşəqqətini görəndə adamın könlündən dəli kimi bağırmaq keçir. Uca Tanrım, görən bu millətin başına daha hansı oyunlar açılmalıdır ki, bir olmağı sərgiləməyi bacarsın. Bu gün gümüş tikanlardan bizim də başımıza çələnglər qoymağa çalışan Qarabağ probleminin həllinə yükümlü olan beynəlxalq təşkilatlar iç problemimizi özlərinin satqın Yəhudalarının əliylə həll etməyə çalışırlar. Və indi bizim içimizdə olan satqın Yəhudalar da özlərini İsa Məsih olaraq çarmıxa çəkilmək məşəqqətini zorən yaşamaqdadılar...

 

Qərbin “xristian Ermənistan” sevgisinin qarşılığında br islam mağmunluğu, bir türk laqeydliyi, bir türk biganəlyinin şahidi oluruq. Qartıyan dərdlərimiz Bizi Bizdən uzaqlaşdırmaqdadı, deyəsən fərqində də deyilik. Qərb mətbuatının “müsəlman Azərbaycan xristian Ermənistanı vuruyor” yanaşmasını göz ardına vuran siyasi mühacirlərimiz gödəniyyət qulu olduqları halda özlərini mədəniyyət carçısı kimi təqdim edirlər. Qərbə sarı leylək sədaqətiylə boylanırıq...

 

Ərazisi işğal olunmuş dövlət olaraq biz hər şeyə DƏRDLƏRİMİZin fonunda baxa bilmirik. Bu gün geopolitik məkanda yeni oyunlar oynanılır. Roma Papasının açıq mətnlə bildirdiyi “bu gün bəşəriyyət üçüncü dünya müharibəsini yaşayır” qənaətini deyəsən bizim siyasətçilər eşitməzliyə vurmaqdadılar. Siyasi institutlarımızın əksəriyyəti qrant müqabilində donor təşkilatlarının əl quşuna çevriliblər...

Siyasi sferada Rusiyanın, İranın, Qərbin “beşinci kolon”ları Azərbaycan adıyla öz iyrənc fikirlərini cəmiyyətə pərçimləmədədilər. İçimizdə gizlənən rosofillərə, iranofillərə, adlarını dəyişib “azərbaycanlı” olan ermənilərə bir sevgi duyulmaqdadır Azərbaycanda!

 

Napaleonun oyuncaqları, kəl qoşmayan, cüt sürməyən aydınlarımız özlərini əkinçi kimi göstərib bol məhsul toplayacaqlarını vəd edirlər. Amma hələ ki, kisəmiz boşdur. Həm də özümüzü tox kimi göstərməyə çalışırıq. Deyirlər quş öz qanadına arxalanar və qurdu da meşədən aclıq çıxarar. Dünya ağalığı həsrətində olanların “Azərbaycandakı “kolonları”nın fəaliyyəti onlara uçmaq üçün verilən qanad və qarın doyurmaq üçün verilən yem formasında üzə çıxır. Qərb poeziyasının fantastik surətləri “siyasi məhbus” yarlığı altında gizlənənlərin nəzərində bütün şeyləri adiləşdirib. Lap elə Fransanın timsalında Qərbin onları, onların da Qərbi bəyənmələri heç də hansısa “demokratiya”ya olan sevgilərindən deyil, “Napaleon oyuncaqları”na olan həvəslərindəndir...

 

Napaleon öz ordusunu “Böyük Ordu” adlandırandan sonra 18 generala “Fransanın marşalı”, 1,5 min əsgərə də “Şərəf Legionu” ordenini verir. Qorxunc səhnələr saçan döyüşlərdə polad kimi bərkimiş müharibə veteranları Napaleonu tənqid edib, onun verdiyi ordenləri “oyuncaq” adlandırırlar. Napaleonsa cavabında “mən insanları oyuncaqlarla idarə edirəm” demişdi...

 

Bu gün Azərbaycan ziyalısı, Azərbaycanın düşərgəsindən asılı olmayaraq bütün siyasətçiləri, politoloqları, QHT rəhbərləri, Azərbaycan mətbuatı para adlı həmin oyuncaqla idarə olunur. Sadalanan subyektlərin çoxu kəl qoşub, cüt sürmədiklərindən çoxları Azərbaycan çörəyinin qədrini də bilmirlər. Mətbuatın bir qismi qənimətzahidləşib, xədicəyevalaşıb. Siyasətçilərin çoxu donaldtramplaşıb, makronlaşıb, anqelamerkelləşib, terezameyləşib...

 

Hələ də anlaya bilmədiyimiz, bilib haqqında danışmaq istəmədiyimiz Güney Azərbaycan nağılı, Dərbənd nağılı, Zəngəzur nağılı, Borçalı nağılı bizim üçün elə nağıl olaraq qalmaqdadır...

 

Meydan Hərəkatı zamanı 1,5 milyon adam istiqlaliyyətimiz üçün meydana toplaşmışdısa, dörudan da, indi işğal olunmuş torpaqlarımızın həllini aramaq üçün balaca bir zalı doldura bilmirik...

 

Gecə-gündüz “əlverişli şərait”, “lazım”dan danışırıq. Nədir bu “əlverişli şərait”, harada qalıb bu “lazım”?..

 

Biz hələ də ”Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” deməklə, terminlərdən yanlış istifadə etməklə bununla Dağlıq Qarabağdakı erməniləri tərəf kimi qəbul edirik. Halbuki bu, münaqişə deyil. Bu, Ermənistan-Azərbaycan müharibəsidir, vəssalam!

 

Siyasi maarifləndirmə özünün intihar mərhələsini yaşamaqdadır. Ötən hər anda biz özümüzdən uzaqlaşmaqdayıq. Özümüzü itirib qorxaqcasına başqasını tapmaqdan sanki həzz alırıq. Psixoloji sarsıntı halındayıq. Hələ də öz emosiyalarımızın ağuşundayıq. Hikkəmizi daha çox qarşı tərəfə yönləndirməklə məsələnin həllini bitmiş sanırıq. Bu yolla Qarabağı azad etmək olmaz, qardaşım, bacım!

 

Qarabağ probleminin həlli yolu Azərbaycanda olduğu halda biz elə hey üzümüzü başqa səmtə yönəldib “böyük qardaş”, “dost barmağı” axtarırıq. Çəkinmədən türk və islam birliyi formalaşdırılmalıdır, xaricdə yaşayan soydaşlarımıza sahib çıxmaqla onların köməkliyilə Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Sağlam dialoq mühiti formalaşdırılmalı, iqtidar, müxalifət yetkililərinin cəmiyyətlə birbaşa ünsiyyəti fonunda cavabdehlik, məsuliyyət missiyası çərçivəsində verilən suallara aydınlıq gətirilməlidir. Bütün spektrlər üzrə, bütün siyasi instututlar tərəfindən durmadan Qərbi Azərbaycanın statusu beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır. Beynəlxalq müqavilələrlə 9 min kvadrat kilometrlik bir ərazidə tanınan Ermənistandan işğal yoluyla əldə etdiyi 29 min kvadrat kilometrdən çox ərazini haradan əldə etməsinin haqq-hesabının soruşulmasını təmin etməliyik. Qarabağa gedən yolun Güney Azərbaycandan keçməsi həqiqətini kiçicik detallarına qədər mətbuatda açıqlamaq lazımdır...

 

Bəylər və xanımlar, lütfən, özümüz olmağa çalışaq, biz özümüzə qayıdanda BÖYÜK oluruq. Qərbin nümunəsində aslan heykəlinə təpə hazırlamaq üçün müqəddəs ölülərin sümükləri ilə qarışıq torpağı bap-balaca arabalara doldurub, onu şadlıqla daşıyan fransızlara bənzəməyək. Həmin fransızlara benediktçi rahiblər məhz öz maraqları qarşılığında o zaman bir “bağışlama mərasimi” düzənləyib xoşhal edirdilər. Bizim “günahlar” bu Vətən qarşısındadırsa, bağışlanmanı da bu Vətəndən ummalıyıq, benediktçi rahiblərdən yox!  Bizi gözləyən Müharibə və Qələbə var, bütün addımlarımız, bütün düşüncələrimiz də buna köklənməlidir. Bəs Vətən necə, ona xəyanət edənləri bağışlayacaqmı?.. Bax bunu zaman özü göstərəcək, yetər ki, biz Qarabağ problemini unudub zamanı qabaqlamağa çalışmayaq. Zamanı içimizdən keçirək. Monastırda olduğu kimi gümüş tikanlardan başımıza çələng qoymayaq. Siyasi davranışlarının məntiqi prizmasında özlərini monastır sakinləritək göstərib  “ölülər andı” içmək Qarabağın xilas yolu deyil. Bəli, bizim üçün “ən gözəl erməni ölü erməni” olmalıdır. Bütün bunlarsa Hüqonun deyil, zənn edirəm ki, mənim təqdimatımda həm də Vətən fədailərinin düşündükləridir.

 

Dövlətimiz, Torpağımız, Yurdumuz, Elimiz, Obamız, Kimliyimiz uğrunda mücadiləyə qalxdığımız Qəzamız mübarək!...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI