Bayağı adlandırılan müğənnilər

09:47 07-04-2023 | icon 394 | Şou-biznes
Bayağı adlandırılan müğənnilər

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib.

 

Versus.Az xəbər verir ki, tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. 

 

 

Məsələn, İlkin Çərkəzoğlunun “Aparır, kayf aparır”, “Bomba kayfda”, “Kayfım zor olanda” mahnıları, Məhəmməd Fədanın “Zır kayfdayam bu gün”, Rüzgarın “Yenə gedirəm”, İlqar Dəniz, Orxan Eşqinin “Nəşəni çəkdim, xumar apardı”, Sənan, Vəli və Arzunun “Bu da təzə temadır, yetim”, Elçin Göyçaylının “Ley-pey olmuşam” mahnılarının qadağan edilməsi təklif olunub. Adlarından da göründüyü kimi, gənclərin beynini zəhərləyən bu tip mahnılar narkotik vasitələri və avara həyat tərzini təbliğ edirlər. Həmçinin meyxanaçı Pərviz Bülbülə, müğənni Şəbnəm Tapdıq, Nüşabə Musayeva, Üzeyir Mehdizadənin oxuduqları mahnılar bayağı mahnılar hesab edilib.

 

Maraqlıdır ki, bayağı dediyimiz bu mahnıların hamısının baxış və dinlənmə sayı sosial şəbəkələrdə milyonlarladır. Onları dinləyən də, bayağı deyən də bu xalqın nümayəndələridir.

 

Bəs bayağılığın standartı nədir? Bu müğənnilər özləri barədə deyilən fikirlərlə razılaşırlarmı?

 

Lent.az mövzu ilə bağlı musiqi dünyasının bir neçə tanınmış siması ilə danışıb. 

 

 

Müğənni Şəbnəm Tovuzlu verdiyi açıqlamada özünü bayağı müğənni hesab etmədiyini bildirib:

 

“İfalarımıza qiyməti xalq verir. Xalq istəməsə, bizi ən əziz günlərində, toylarında, şənliklərində görmək istəməz, sevgi ilə qarşılamaz”.

 

 

Hər zaman ekstravaqant görünüşü və ifaları ilə fərqlənən bəstəkar - müğənni Elza Seyidcahan bildirib ki, o həvəskar deyil, ali təhsilli, peşəkar bəstəkardır, deyilənləri özünə aid hesab eləmir:

 

“Kimsə mənim əsərlərimi başa düşmürsə, bu, onun problemidir”.

 

 

Müğənni Əli Mirəliyev isə həmişəki kimi baltanı kökündən vurub:

 

“Bu gün Əməkdar və Xalq artisti alan bütün təzə müğənnilər bayağı müğənnilərdir. Yaxşı oxuyanların heç birinin fəxri adı yoxdur. Bu adamları efirlərə buraxanlar cinayət işi görürlər. Pərviz meyxanaçıdı, müğənni də deyil. Qatıb qarışdırırlar. Bu siyahını tərtib etməkdə çox gecikiblər. Musiqimiz 100 il dala düşüb”. 

 

 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də məsələyə münasibət bildirib:

 

“Biz neçə il öncə bu barədə deyəndə, danışanda deyirdilər qısqanclıq edirik. İllərlə mən və həmkarlarım bu barədə yazdıq, xahiş etdik ki, millətin zövqünü korlamayın. Dedik efirlərə verməyin. O zaman internet yox idi. Dinləyən olmadı, elə bildilər qərəzli niyyətimiz var. Təbliğ olundu.  Azərbaycan xalqının yeni nəsli bu təbliğat altında böyüyüb, bayağı mahnıların dinləyicilərinə çevrilib. İndən belə bu nəslə keyfiyyətli musiqi dinlətmək mümkün olmayacaq. Biz çox deyirdik, axırı pis olar, pis olar, oldu. Qorxduğumuz başımıza gəldi. İndi daha qadağalarla, efirdən çıxarmaqla öhdəsindən gələ bilməyəcəklər. İndi televizora baxan, radio dinləyən az sayda adam var. Hamının əlində telefon, internet vasitəsilə istədiyini dinləyə bilər. İnternetə qadağa qoymaq isə siyasi hadisə olardı.

Mən bir şeyə yanıram ki, bizi illərlə dinləmədilər. Günah təbliğat vasitələrində, konsert təşkilatlarındadır. Onlar artıq qulağı, zövqü şikəst nəsil yetişdiriblər. Bu nəslə artıq yaxşı musiqi dinlətmək mümkün deyil. Gərək gözləyək ki, 40-50 il sonra yeni gələn nəsillər zövqü sağlam nəsillər olsunlar. Onu da əgər indi başlayıb, tərbiyə edə bilsələr”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident onu MÜKAFATLANDIRDI

"Bu uğurların, qələbələrin stansiyasının inşasına 15 iyundan başlanıldı"

Röyanın doğum günündə “Sərxoşam” - KLİP

Azərbaycanda Milli Qurtuluş Günüdür

Xalq artisti şagirdlərlə görüşdü

Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ili

Qəbul imtahanının NƏTİCƏLƏRİ

Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

Bayram tətili BAŞLADI

Naxçıvan yenidən ATƏŞƏ TUTULDU

"Kəpəz" 2 futbolçu ilə yollarını ayırdı

“Şagirdlərin dərs yükü gələn ildən azaldıla bilər”

Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə gedən ŞƏRƏFLİ TARİX

Şuşa Bəyannaməsi və onun əhəmiyyəti

Qurban ətini neçə müddət saxlamaq olar?