"Mühafizəçi aktyorlardan iki-üç dəfə çox maaş alır”
“Elm və Təhsil Nazirliyinin işçilərinin 90 faizi teatrların yerlərini bilmirlər”.
Versus.Az xəbər verir ki, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib.
Onun sözlərinə görə, Mədəniyyət və İncəsənət Universiteti və digər mədəniyyət müəssisələri Mədəniyyət Nazirliyinin balansına verilsə, daha yaxşı olar.
O bildirib ki, əvvəllər Mədəniyyət Nazirliyinə gedən zaman elə bil gömrük məntəqəsindən keçirirdilər:
“Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib”,- deyə o qeyd edib.
O əlavə edib ki, özəl müəssisələrdə qapıda duran mühafizə xidmətinin əməkdaşları aktyorlardan iki-üç dəfə artıq maaş alırlar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"