“Qeyri-əhali sektorunda ödənişlər aşağıdır”

15:30 13-04-2023 | icon 252 | İqtisadiyyat
“Qeyri-əhali sektorunda ödənişlər aşağıdır”

 

 

“Qeyri-əhali sektorunda ödənişlər aşağıdır,  "Azəristiliktəhcizat”, büdcə tşkilatları, sahibkarlar tam ödəməni apara bilmir"

 

Versus.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov ı rüb ərzində istehlakçıların sayı, əhali sektoru və qeyri əhali sektorunda satışın dəyəri, həcmi ilə bağlı statistik göstəricilərə diqqət çəkərkən bildrib.  

 

R.Cavadov soyuq aylarında abonentlərin qazdan çox istifadə etməsinə baxmayaraq əhalinin ödənişdə fəal iştirak etdiyini xüsusi vurğu ilə qeyd edib. O, qeyri-əhali sektorunda ödənişlərin əhali sektoru ilə müqyisədə aşağı olmasına və səbəblərinə toxunub.

 

“ Azəriqaz İstehsalat bİrliyi olaraq verilən tapşırığa əsasən sahikarların yanındayıq. Bir çox hallarda  sahibkarlar, “Azəristilik” və bəzi büdcə təşkilatları ödənişdə tam iştirak eləmir. Buna baxmayaraq istixana sahibləri “Azəriqaz”da keçirilən görüşlərdə fəal olurlar. İstixana sahibkararı öz məhsularını satandan sonra ödəniş edə bilirlər. Bu səbəbdən yanvar, fevral, mart ayında istixana sahibləri 100 faiz ödənişdə iştirak edə bilmirlər. Güman edirik ki, sahibkarlar yaxın aylarda ödəmələri yerinə yetirəcəklər”.

 R.Cavadov limit üzrə göstəricilərə diqqət çəkib və bildirib ki, 2023-cü il ərzində 2 milyon 62 min abanentimiz 12 qəpik taarifi ilə qazdan istifdə edib. 397 min 870 abonentimiz 20 qəpik taarifindən istifadə edib.

 R.Cavadov ölkədə qeyri-qanuni qazdan istifadə hallarının artmasına və sayğaca kənar müdaxilələrə diqqət çəkib.

 “Abonentləri qeyri-qanuni qazdan istifadə hallarından yayınmağa dəvət edirik. 2023- birinci rübü ərzində sayğaca müdaxilə halı respublikada 5 min 206 abonentdə aşkar olunub. Sayğacdan kənar istifadə halları 6 min 239 ədəd olub. Ötən ilə müqayisədə sayğacdan kənr istifadə azalsa da, sayğaca müdaxilə  artıb".

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI