20 avtobusun hərəkət sxemi dəyişir

10:57 18-04-2023 | icon 226 | Sosial
20 avtobusun hərəkət sxemi dəyişir

Bakı şəhərində keçiriləcək Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklər ediləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Məlumatda deyilir:

 

“Dəyişikliyə əsasən:

 

1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç. ilə təşkil ediləcək;

 

10 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç. - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç. ilə təşkil ediləcək;

 

5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;

 

88 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (“28 May” metro stansiyası) olmaqla hərəkəti D.Əliyeva küç. - R.Behbudov küç. ilə təşkil ediləcək;

 

6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;

 

53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;

 

61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. - R.Behbudov küç. ilə təşkil ediləcək;

 

65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç. - Ə.Cavad küç. - Azərbaycan pr. ilə təşkil ediləcək;

 

205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM - Bakı Dairəvi Avtomobil yolu - M.Müşfiq küç., daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

 

E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç. - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.

 

Qeyd edək ki, 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət “Azadlıq prospekti” metro stansiyası - Axundov bağı; 2-ci istiqamət isə Funikulyor - Ö.F.Nemanzadə küç. ilə təşkil olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB