Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu bəlli oldu

19:12 18-04-2023 | icon 128 | İdman
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu bəlli oldu

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu bəlli oldu. Bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda və finalın son qarşılaşmaları keçirilib.


Versus.az xəbər verir ki, İlk olaraq meydana bürünc medal üçün yarışan "Murov" və UNEC kollektivləri çıxıblar. Cütün ilk iki matçında quru hesabla qələbə qazanmış "Murov" bu görüşə də yaxşı başlayıb. İlk setdən üstün oyun nümayiş etdirən Vüqar Əliyevin yetirmələri meydandan 3:0 (25:19, 25:15, 25:16) hesablı qələbə ilə ayrılıb. Bununla da "Murov" Yüksək Liqanın bürünc medalına sahib çıxıb. UNEC isə ölkə birinciliyini dördüncü pillədə başa vurub.
Günün növbəti görüşü çempionluq uğrunda mübarizə aparan "Azərreyl" və "Abşeron" klubları arasında olub. Bu komandaların ilk iki qarşılaşmasında "Azərreyl"in quru hesablı qələbəsi qeydə alınmışdı. Qızıl medal şansını davam etdirmək üçün "Abşeron" bu matçda mütləq qalib gəlməli idi. Oyuna daha yaxşı başlayan "Azərreyl" Famil Ağayevin yetirmələrinin ciddi müqavimətilə üzləşib. Bununla belə komanda təşəbbüsü əldən verməyib və 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gəlib. Beləliklə, finalın hər üç matçında rəqibini məğlub edən "Azərreyl" Azərbaycan çempionu adını qazanıb. "Abşeron" isə Yüksək Liqanın gümüş medalı ilə kifayətlənməli olub.


Beləliklə, 2022/2023 illər mövsümündə ölkə birinciliyinin qalibi "Azərreyl" olub, ikinci və üçüncü yerləri müvafiq olaraq "Abşeron" və "Murov" klubları tutublar. UNEC isə çempionatı dördüncü pillədə bitirib.
Qeyd edək ki, qadın komandaların mükafatları kişilərin çempionatı başa çatdıqdan sonra eyni gündə təqdim olunacaq.

Yüksək Liqa
18 aprel
3-cü
Final
"Azərreyl" - "Abşeron" 3:0 (25:16, 25:18, 25:15)
Bürünc medal uğrunda
"Murov" - UNEC 3:0 (25:19, 25:15, 25:16)

1-ci oyunlar
Final
"Azərreyl” - “Abşeron” 3:0 (26:24, 25:22, 25:13)
Bürünc medal uğrunda
"Murov" - UNEC 3:0 (25:14, 25:12, 25:16)

2-ci oyunlar
Final
"Abşeron" - "Azərreyl" 0:3 (19:25, 20:25, 22:25)
Bürünc medal uğrunda
UNEC - "Murov" 0:3 (11:25, 14:25, 9:25)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

24 saatın NƏTİCƏLƏRİ

İşcilərin 70 faizi müqaviləsiz işləyir

1 mənzili 10 adama satan şirkəti və EVSİZ QALAN SAKİNLƏR

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Buğda, düyü və qarğıdalı idxalında artım

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank