Adam öldürməyə cəhd
Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb
Versus.az xəbər verir ki, Xətai rayon prokurorluğundan verilən məlumata görə aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi mübasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
Versus.az
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır