“Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi
Aprelin 18-də Muzey Mərkəzinin sərgi salonunda Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi açılıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva sərginin əhəmiyyətindən danışıb:
Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Qobustan abidələrinin xalqımız üçün mənəvi əhəmiyyətindən və sərginin önəmindən danışıblar.
Qeyd olunub ki, Qobustan xalqımızın daş yaddaşı və milli sərvətidir. Qobustan qədim tariximizin, zəngin mədəniyyətimizin və incəsənətimizin silinməz nişanələrinin daşıyıcısıdır.
Sərgidə 100-ə yaxın əl işi təqdim olunub.
Vernisajda yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunub.
Qobustan daim sənətkarların, yaradıcı insanların ilham mənbəyi olub. Bugünkü sərgidə nümayiş olunan bir-birindən dəyərli əl işləri sənətkarlarımızın Qobustanın timsalında qədim tariximizə, zəngin mədəniyyətimizə sevgisinin ifadəsidir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"