Kayahanın malikanəsi satışda

08:05 20-04-2023 | icon 338 | Şou-biznes
Kayahanın malikanəsi satışda

Mərhum türkiyəli sənətçi Kayahanın qızı, müğənni Beste Açar atasının əsərlərini yazdığı malikanəni satışa çıxarıb.

 

Balıkesir vilayətinin Gömeç rayonunda yerləşən malikanə “Gönül köşkü” olaraq da tanınır. 2015-ci ildə dünyasını dəyişən məşhur türkiyəli sənətçi Kayahanın unudulmaz əsərlərini yazdığı “Gönül köşkü” 5 ayrı villadan ibarətdir.

 

Açar malikanəni 70 milyon Türkiyə lirəsinə satışa çıxardığını açıqlayıb.

 

Lakin o, malikanənin bir küncündə atasının xatirələrini yaşatmaq istədiyini bildirib.

 

“Atam sağlığında evi satmaq istəyirdi. Çünki işləri və səhhəti ilə bağlı gedib çox qala bilmirdi. Artıq 8 ildir ki, biz də artıq buna əmin olduq və “Gəlin sataq” dedik. Onun da istəyi bu idi. Keçən ay satışa çıxarıldı. Daşınmaz əmlak şirkəti ilə müqavilə bağladıq.

 

Lakin bir hissəsinin xatirə kimi qalmasını istəyirəm. Bu hissə muzey kimi də ziyarətçilərə açıla bilər. Alacaq insana da bununla bağlı məlumat veririk”, - deyə Beste Açar qeyd edib. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI