“Barselona” rekorda imza atdı

09:44 03-05-2023 | icon 331 | İdman
“Barselona” rekorda imza atdı

LaLiqanın 33-cü turunda lider “Barselona” “Osasuna”nı qəbul edib.

 

Qonaqlar ilk hissənin ortalarından etibarən azlıqda qalsalar da, ev sahibləri yalnız matçın son dəqiqələrində say üstünlüyündən yararlana biliblər – 1:0.

 

Bununla belə, Xavinin yetirmələri klub rekorduna imza atıblar. Belə ki, “Barsa” bu mövsüm ərzində sayca 25-ci dəfə qapılarını toxunulmaz saxlaya bilib.

 

İndi komandanı çempionluqdan cəmi 5 xal ayırır. Belə ki, Kataloniya klubu 33 oyundan sonra 82 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. İkinci pillədə qərarlaşan Madrid “Real”ı isə 32 matçda 68 xal toplayıb. Kral klubu liqadakı növbəti altı oyunun hamısında qalib gəlsə belə, maksimum 86 xal toplaya biləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI