PSJ Messini cəzalandırdı
PSJ Lionel Messini məşqdə iştirak etmədiyi üçün cəzalandırıb.
Hücumçu Liqa 1-in 33-cü turunda “Loryan”ə uduzduqdan (1:3) bir neçə saat sonra Səudiyyə Ərəbistanına yollanıb.
Halbuki, onun baş məşqçinin xəbərdarlığı ilə yalnız qələbə və ya heç-heçə olduğu halda bunu etmək hüququ var idi.
Argentinalının hərəkətinə cavab olaraq, klub onu iki həftəlik futboldan uzaqlaşdırmaq qərarına gəlib. Rəhbərlik Messinin ciddi səhv etdiyini düşünür.
Beləliklə də, 35 yaşlı forvard “Trua” (7 may) və “Ayaçço” (13 may) ilə oyunları buraxacaq.
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır