Paratletlərimiz Almaniyada gümüş medal qazanıblar
Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə gümüş medal qazanıblar.
İdmançılar miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olublar.
Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb