Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif aldı
PSJ-nin argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan rəsmi təklif alıb.
Məlumata görə, bu, Messinin hazırda aldığı yeganə təklifdir.
Daha əvvəl “Əl-Hilal”ın argentinalıya ildə 400 milyon dollar ödəməyə hazır olduğu bildirilirdi.
Messinin karyerasını davam etdirməsi üçün başqa bir variant “Barselona”ya qayıtmaqdır. Deyilənlərə görə, “Barselona” argentinalı hücumçunu transfer etmək üçün üç futbolçusunu satacaq.
Məlumata görə, yarımmüdafiəçilər Serxio Buskets, Ferran Torres və Niko Qonzales klubu tərk edəcəklər.
Bundan əlavə, “Barsa” qapıçı Mark-Andre ter Ştegen, müdafiəçi Jordi Alba və yarımmüdafiəçi Frenki de Yonqla müqaviləni yenidən müzakirə edəcək.
Qeyd olunur ki, Kataloniya klubunda beş futbolçu toxunulmaz sayılır. Bunlar müdafiəçilər Ronald Arauxo və Jül Kunde, yarımmüdafiəçilər Qavi, Pedri və hücumçu Robert Levandovskidir.
Xatırladaq ki, Messinin Paris komandası ilə müqaviləsi 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır