“Super Klassiko”da kütləvi dava

21:21 08-05-2023 | icon 322 | İdman
“Super Klassiko”da kütləvi dava

Yeddi futbolçu qırmızı vərəqə gördü

 

Argentina çempionatının XV turunda keçirilmiş “River Pleyt” - “Boka Xuniors” matçının sonlarında insident baş verib.

 

Versus.Az xəbər verir ki, “Super Klassiko”nun 90+3-cü dəqiqəsində Migel Borxa penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərini hesabda önə keçirib.

 

Bundan sonra meydanda ara qarışıb. İki komandanın ehtiyat oyunçularının və rəsmi şəxslərinin də qarışması ilə kütləvi dava baş verib. İnsident yeddi dəqiqədən artıq davam edib.

 

Hadisələrin yekununda qarşılaşmanın baş hakimi Dario Errera “River Pleyt”in üç, “Boka Xuniors”un dörd futbolçusuna qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Palaveçino, Ezekel Senturion və Elias Qomes, qonaqlardan Migel Merentiel, Nikolas Valentini, İqnasio Fernandes və Xorxe Almiron cəzalandırılıblar.

 

Matç 90+20-ci dəqiqədə başa çatdırılıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI