"Əfv institutu tarixində ilk dəfədir ki..."

11:46 10-05-2023 | icon 300 | Gündəm
"Əfv institutu tarixində ilk dəfədir ki..."

  

“Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Biz hüquq müdafiəçiləri hesab edirik ki, bu gün əfv olunanlar 801 nəfər deyil, bu sevincdən onların ailə üzvlərinə, qohumlarına, yaxınlarına bəxş edildiyinə görə sayları 10 minlərlərlə ölçülmlidir”.

 

Bunu Versus.az-a hüquq müdfiəçisi Çingiz Qənizadə Prezident İlham Əliyevin  məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv  olunması haqqında Sərəncamı ilə bağlı açıqlamasında bildirib.

 

Ç.Qənizadə bildirib ki, ulu öndər hakimiyyətə gəldikdən sonra müstəqillik övründə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bir çox  addımlar atıb.

 

“Ölüm hökmunun ləğvi, əfv institunun tətbiqi, komissiyanın tətbiqində tərəf kimi çıxış etmək və sair addımlar hüquq müdafiəçilərinin həmişə diqqətində olub və alqışlanıb” -deyə, hüquq müdafiəçisi qeyd edib.  Onun sözlərinə görə, əfv fərmanları hər il verilməklə yüzlərlə insanın azadlığa qovuşmasına səbəb olur.

 

Bu addımın atılmasının bir ənənəyə çevrilməsinin bünövrəsi məhz ulu öndər tərəfindn qoyulmuşdu.  Bu il ulu öndərin 100 illiyini qeyd edəcəyimiz bir dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əfv sərəncamının imzalanması ilə bağlı prosesləri artıq bir neçə gündür ki, izləyirdik. Bu gün realaşdı. Biz gözləyirdik ki, bu əfv cərəncamı digərlərindən sayına və tərkibinə görə daha geniş olacaq və belə də oldu. Və Əfv institutu tarixində ilk dəfədir ki,  801 nəfər məhkum əfv sərəncamının təsir dairəsinə düşdü.  Bu cür humanist addımları həmişə alqışlamışıq və əfv sərəncamına görə daha çox məhkum azadlığa buraxılacağına görə cənab prezidentə təəşəkkür eidrik”.

 

T.Qafarlı

 Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"58 ildir bu işlə belə eşqlə məşğul oluram"

“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

"Azərbaycan-İsrail münasibətlərinin dərin tarixi var"

“Prezident Laçından bütün suallara aydınlıq gətirdi”

Laçında laçınlıların prezidentlə yaşadığı tarixi an

Bu xəstəlikdən əziyyət çəkənlər üçün yerimək çox faydalıdır

"Əlaqələr dövlətlərin maraqları çərçivəsində daha da inkşaf edir"

Laçından Moskva və Kişinyov görüşü necə görünür?

Müstəqil Həmkarlar bunu uşaqlar üçün etdilər

“Laçın şəhərində lazımi mesajlar verildi”

“Prezident Azərbaycan reallıqlarını DÜNYANIN BEYNİnə həkk edir”

"Əməkdaşlıq imkanları kifayət qədərdir"

"Bu əməkdaşlıq bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır"

"İki ölkə arasında əlaqələr daha da şaxələnir"

Azərbaycanın xarici siyasətinin mühüm əhəmiyyəti