Avropa Liqasında yarımfinal mərhələsi İtaliyada start götürür
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Versus.Az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçiriləcək.
İtaliyada baş tutacaq matçlarda “Yuventus” İspaniya təmsilçisi “Sevilya”nı, “Roma” isə Almaniyanın “Bayer” (Leverkuzen) klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may
23:00. “Yuventus” (İtaliya) - “Sevilya” (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, “Yuventus” stadionu
23:00. “Roma” (İtaliya) - “Bayer” (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır