PSJ-nin əsas transfer hədəfi
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva PSJ-nin qarşıdan gələn transfer pəncərəsi üçün əsas hədəfidir.
Məlumata görə, parislilərin rəhbərliyi azad agent kimi klubu tərk etmə ehtimalı yüksək olan hücumçu Lionel Messini məhz Silva ilə əvəzləmək istəyirlər.
Bildirilir ki, PSJ nümayəndələri müqavilənin əsas məqamlarını müzakirə etmək üçün artıq portuqaliyalı yarımmüdafiəçinin agentləri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Silva bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi hesablanıb. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 80 milyon avrodur.
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır