“2000-lərin əfsanələri”ndən KONSERT


Bakıda “2000-lərin əfsanəsi” adlı konsert keçiriləcək.
Versus.Az xəbər ki, 17 iyunda Yaşıl Teatrda baş tutacaq gecədə 2000-ci illərdə hit mahnıları ilə ön plana çıxan sənətçilər yer alacaq.
Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Almaz Ələsgərli, Manana Çaparidze, müğənnilər Samir Bağırov, Elnarə Xəlilova, Emma Ələkbərzadə, Elnur Məmmədov, Samirə AliMaryam və Nazim Pişiyari (Faytonçu Nazim) səhnədə sözügedən dönəmlərdə dillər əzbəri olan mahnılarını səsləndirəcək.
Gecənin aparıcısı 2000-ci illərin TV ulduzu Kamran Həsənlidir. Tədbir təkcə konsert proqramı ilə deyil, nostalji hisslər yaşadan digər məqamları ilə də diqqət çəkəcək. Gecəyə biletlər 15 manatdan başlayır.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti

erməni sakinlər üçün növbəti yanacaq göndərilib
Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb