artrit, artroz, revmatizm xəstəliklərinin müalicəsi

20:00 29-05-2023 | icon 352 | Sağlamlıq
artrit, artroz, revmatizm xəstəliklərinin müalicəsi

Qucaqlaşmaq, əl-ələ tutmaq, masaj etmək sağlamlığımız və rifahımız üçün inanılmaz faydalıdır.

 
 
 
Sevilən birinin sizi qucaqlaması, sığallaması, əlindən tutması fiziki təmasdan daha dərin və vacib bir hissdir. Bunlar beyin fəaliyyətinə təsir edir, psixikanın sabitləşməsinə və sosial münasibətlərin qurulmasına kömək edir.
 
 
Qucaqlaşmağın və fiziki təmasın orqanizmə faydaları:
 
 
1. Qucaqlaşmaq - stressi azaldır.
 
Bədəndəki stress hormonu kortizolun səviyyəsini aşağı salmaq üçün sevgiliniz və ya yoldaşınızın sizi 10 dəqiqə qucaqlaması kifayətdir. Bunu edəcək heç kim yoxdursa, özünüzü qucaqlaya bilərsiniz.
 
 
Alimlər sübut edib ki, hər gün sevdiyiniz insanla qucaqlaşsanız, iki həftədən sonra qanda xroniki iltihabın göstəriciləri azalacaq. Daimi qucaqlaşmalar qan təzyiqini aşağı salır, infeksiyalardan qoruyur və əhval-ruhiyyəni yaxşılaşdırır.
 
 
2. Zərif sığallama ağrıları aradan qaldırır. Bu yaxınlarda aparılmış başqa bir araşdırmanın müəllifləri sığallama və incə bir toxunuşun körpələrə dabandan qan testi apararkən ağrının öhdəsindən gəlməyə kömək edə biləcəyini yoxlayıblar.
 
 
Toxunulmayan körpələrlə müqayisədə, sığallanan körpələrdə ağrı hissi ilə əlaqəli beyin bölgələrində aktivlik azalıb. Üstəlik, iynəyə o qədər də kəskin reaksiya verməyiblər.
 
 
3 .Qorxu və narahatlıq hissi varsa, əl-ələ tutun.
 
 
Tədqiqat göstərib ki, sevilən birinin əli qorxu və narahatlığı ən effektiv şəkildə aradan qaldırır.
 
 
4. Masaj möcüzələr yaradır Masaj stressi, ağrıları aradan qaldırır və rahatlamağa kömək edir. Bu onunla bağlıdır ki, dəriyə və altındakı toxumalara təzyiq tətbiq edildikdə parasimpatik sinir sisteminin fəaliyyəti artır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI